Qabriel Sara Premyer Liqaya keçə bilər
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Nyukasl" və "Everton" braziliyalı oyunçunu transfer etmək istəyir.
Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Hər iki klub Sara üçün yanvarda hərəkətə keçəcək. Onlar 27 yaşlı futbolçu üçün 30 milyon avroluq təklif göndərəcəklər. Türkiyə nəhəngi isə danışıqlara 40 milyon avrodan başlamağı planlaşdırır.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















