Icma.az
close
up
RU
Qaçaq Nəbi ilə Həcərin həyatı ilə bağlı ŞOK FAKTLAR VİDEO

Qaçaq Nəbi ilə Həcərin həyatı ilə bağlı ŞOK FAKTLAR VİDEO

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hamı, Qubadlı əhalisi, elə biz özümüz də indiyə kimi elə bilirdik ki, Nəbi ilə Həcərin övladı olmayıb. Həcər Nəbidən sonra Həmzə adlı bir kişi ilə qurub və onların Zeynəb adlı qızı olub. Lakin sonradan Türkiyədə Mehmet Elturan adlı bir qan qohumumuz meydana çıxır, araşdırma aparır və öyrənir ki, Qaçaq Nəbi ilə Həcərin övladları olub”.

APA TV-nin xəbərinə görə, bunu Kulis.az-a müsahibəsində xalq qəhrəmanı Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərova deyib.

Onun sözlərinə görə, Mehmet bəyin aşkara çıxardığı arxiv sənədlərindən məlum olur ki, Qaçaq Nəbinin üç övladı olub: Əhməd, Xəlil və Zeynəb. Sadəcə olaraq, Nəbi öldürüldükdən sonra onun düşmənləri uşaqlarını axtarmağa başlayır. Həcər irs daşıyıcıları olan oğlanlarını qohumlarının vasitəsilə Ağrı dağdan Qarsa adladır. Onları o vaxtkı çar hökuməti izləyir, öldürmək, həbs etməyə çalışırlar. Köçəndə hər şeyi özləri ilə apara bilmirlər, bircə Nəbi ilə Həcərdən qalan xalçanı aparırlar. Oğlanları böyük olub. Hətta Xəlil əlinə tüfəng alan yaşda imiş. Zeynəb azyaşlı olduğu üçün anasının yanında qalır.

Həcər də sonradan Zeynəbi qorumaq üçün qohumu Həmzə ilə ailə qurur: “O vaxt qadının, üstəlik, düşməni olan qadının dul qalması qəbul olunmurdu. O, mütləq kiminləsə ailə qurmalı idi. Ona görə də Həcər kənd camaatını yığır, deyir, mənim Nəbiyə sadiq olduğumu bilirlər, amma mən adıma düşmən tərəfdən ləkə yaxılmasın deyə ailə qurmağa məcburam, ancaq mənə bacı deyən adama ərə gedəcəm. İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə yaşlı olub və dünyaya uşaq gətirmək imkanı olmayıb. Həcər Nəbidən sonra cəmi bir dəfə ərdə olub. Mənim atamın atası, yəni babam Əliş kişi Zeynəbin oğludur”.

Bəs “Nəbinin Həcərdən uşağı olmayıb” fikri hardan yaranıb?

Həcər Əkbərova qeyd edib ki, Nəbinin oğlanları Əhmədlə Xəlil bir yerdə Türkiyəyə getsələr də, sonradan ayrı düşürlər. Onlar Türkiyədə ailə qurur, bir-birinə qız alıb verirlər. Təzədən qohum olurlar ki, nəsil itməsin. Ancaq sonradan Xəlil İranın Maku şəhərinə köçür, Əhməd Türkiyədə qalır. Əhmədin Mehralı adlı oğlu varmış. Mehmet Elturan Mehralının oğludur. Xəlilin oğlu Ziyadın isə Bəhram adlı oğlu olur: “Zeynəbə gəlincə, burada Əlabbas adlı bir oğlanla ailə qurur. Onun oğlu dünyaya gəlir - mənim babam Əliş. Beləliklə, babam Nəbi ilə Həcərin nəvəsi, atam nəticəsi, mən və bacı-qardaşım isə kötücələri sayılırıq. Babam Qubadlıda müxtəlif vəzifələrdə çalışıb. Qubadlı işğal olunan zaman öz evini tərk etməyib, orda qalıb və şəhid olub. Heç vaxt özünə sığışdırmayıb ki, erməni gəlib onun torpağını alsın. Öz tüfəngi ilə xeyli sayda erməni öldürüb”.

Həcərin Nəbidən sonra erməni ilə ailə qurması haqda uzun illərdir dolaşan məlumatlara gəlincə, kötücəsi bunun əsassız şayiədən başqa bir şey olmadığını söyləyib. Elə Nəbinin dostu Şah Hüseynin arvadının sözü ilə öldürüldüyü haqda deyilənlər də rəvayət xarakteri daşıyır. Yəni onun namus üstündə öldürülməsi faktı yalandır. Çünki Nəbi öldürülən zaman Şah Hüseyn subay imiş. Nəbi Rusiyanın tapşırığı ilə tutulmuş buradakı casuslar tərəfindən öldürülür. Qatil Şah Hüseyn də ola bilər, başqası da.

Həcər Əkbərova qeyd edib ki, Xəlilin törəmələrinin dediyinə görə, Nəbinin məzarı İranda - Lorni adlanan yerdədir. Onun Mehdi adında bir qardaşı olub. Nəbi rəhmətə gedəndə Həcəri ona vermək istəyiblər. Deyib, mən Həcərə öz bacım kimi baxıram. Amma bütün bunlar dildə-ağızda dolaşanlardır, dəqiq fakt yoxdur. Mehdinin gənc yaşda dünyasını dəyişməsi isə dəqiqdir. Həcərin məzarı isə Qubadlının Aşağı Mollu kəndindədir. O vaxtı Qubadlıda vəba xəstəliyi yayılıb. Həcər də vəba xəstəliyinə yoluxub və ondan vəfat edib.

Deyilənə görə, Həcər qarayanız, ancaq şirin qız olub. Nəbi də o qədər hündürboy deyilmiş. Həcərə həm də Dəli Həcər deyirmişlər. Silahdan çox yaxşı istifadə edirmiş. At belində gedə-gedə silahı çox dəqiq atırmış. Həcər və Nəbi ilə bağlı faktları yalnız onlarla silahdaş olan adamlar biliblər. Nəbi öldürüləndən sonra onun silahdaşlarının da bəzilərini öldürüblər. Həcər varlı, Nəbi kasıb ailənin övladı olub. Həcərin atası rəhmətə gedəndən sonra onlar ailə qurublar. Nəbi Həcəri qaçırdıb. Bəlkə də varlı qızını qaçırdığı üçün filmdəki kimi onun toyuna gəlməyiblər. O xanımın dediyinə görə, Nəbi döyüşlərə Həcəri aparmaq istəmirmiş, Həcər deyirmiş, sən hardasan, mən də orda olacam.

Həcər Əkbərovanın sözlərinə görə, “Atları yəhərləyin” filmində Qaçaq Nəbi və Həcər haqqında faktlar Moskvadan gələn göstəriş əsasında təhrif olunub. Filmin rejissoru Həsən Turabov babasının yanına gələrək təhriflərə görə ondan üzr istəyib. Filmin digər rejissoru Şeyx Əbdül Mahmudbəyov isə dünyaya gələn qızının adını Həcər qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Sentyabr 2025 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri