Icma.az
close
up
RU
Qaçaq Nəbi yurdunun qoçaq oğlu

Qaçaq Nəbi yurdunun qoçaq oğlu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

O, uşaq yaşlarından güləşə maraq göstərmiş, Novruz bayramlarında doğma yurdu Qubadlıda qarazurnanın sədaları altında qurşaq tutan pəhləvanların cövlanından vəcdə gəlmiş, özü də idman müəllimi və məşqçi Elbrus Qayalının bölməsinə gedərək yunan-Roma güləşinin sirlərini öyrənmişdi. Hələm-hələm yaxasını ələ verməz, rəqiblərinin kürəyini yerə vurmaqda qarşısıalınmaz inadkarlıq göstərərdi.

Birinci Qarabağ savaşında qardaşları və yenilməz güləşçi kimi tanınan eloğlusu Əlyar Əliyev (Milli Qəhrəman) döyüşlərə qatıldığı üçün Faiq Qasımov da Milli Ordu sıralarına yazılmaq istədi. Amma bu arzusuna yalnız 1992-ci ildə, yəni 18 yaşı tamam olandan sonra çatdı və “Pəhləvanlar taboru”nda topçu kimi qulluq etdi. Həmin ilin payızında komandiri və özündən 5 yaş böyük qardaşı Həsənqulu Qasımov (Həsən Qorxmaz) şəhid olandan sonra Faiq and içdi ki, onların qanını yerdə qoymayacaq.

Bu yolda digər qardaşları Əhliyyət və Gəray da yaralanıb qazi oldular. Sonra sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə verən Faiq oxuyub motoatıcı zabit oldu və Naxçıvan, Balakən, Mingəçevir, Füzuli ərazilərindəki hərbi hissələrdə 28 il qulluq etdi. Digər təltiflərlə bərabər, hər üç dərəcədən olan “Qüsursuz xidmətə görə” medallarına layiq görüldü. Qubadlı işğal olunandan sonra Faiqgil elliklə Sumqayıta pənah gətirdi. Xidmətarası vaxt tapıb Sumqayıta ailəsinin yanına hər gələndə həm məşqçi-müəllimi Elbrus Qayalı ilə görüşür, həm də mütləq ilk komandiri – Milli Qəhrəman Əlyar Əliyevin adını daşıyan güləş zalına baş çəkir, xatirəsini ehtiramla yad edirdi.

Faiq məlum Aprel döyüşlərində də iştirak etmiş, cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətində şiddətli döyüşlərdə hünər göstərmişdi. Həmin döyüşlərin nəticəsindən xeyli ruhlanmış və həlledici qisas gününün yaxınlaşdığını hiss etmişdi. Nəhayət, İkinci Qarabağ müharibəsində Faiq Qasımov cəmi 1 gün ərzində sözünə əməl edə bildi: qisas almağı bacardı, lakin özü də şəhadətə yüksəldi. Elə sentyabrın 27-dən 28-nə keçən gecə Füzuli rayonu uğrunda aparılan hərbi əməliyyatlarda şəhid oldu. Qisasını aldıqlarının yanına üzüağ getdi. Vətən müharibəsində qismətinə yazılmış 1 günlük döyüş sınağından mətanətlə çıxan polkovnik-leytenant Faiq Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Müəllim, məşqçi, həm də şair kimi tanınan dostumuz Elbrus Qayalının əbədiyyətə qovuşmuş igid yetirməsi haqqında dedikləri:

– Kəndimizin sevimli oğlu Faiq qulluq yerindən tez-tez mənə zəng edib hal-əhval tutar, Vətənə şərəfli xidmətindən danışardı. Söhbətlərindən duyurdum ki, qisas hissi heç vaxt onu tərk etmir. Özü də əsgərlərinə kiçik qardaşları kimi qayğı ilə yanaşır, hamısının qorxmaz, dönməz iradəli olması üçün nümunə göstərirdi. Son telefon söhbətimizin səs yazısını yadigar saxlayıram. Dedi ki, qismət olsa, Məkkəmiz, Mədinəmiz Qubadlıda görüşərik... Onun qəhrəmancasına həlak olduğu xəbərini eşidincə özümdən asılı olmayaraq ağladım və göz yaşlarım muncuq-muncuq şeir misralarına düzüldü. Beləcə, onu sözlə oxşadım:

Düşmən bağlasa da bərə, bəndini,
Hər an arzulardın doğma kəndini.
Heç vədə əyməzdin o şux qəddini,
Heyif səndən, heyif səndən, ay Faiq...

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri