Icma.az
close
up
RU
Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan şabranlı CÜTLÜK Onlara “şah” toyu etdilər FOTO

Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan şabranlı CÜTLÜK Onlara “şah” toyu etdilər FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Nəbinin bığları  eşmə-eşmədi,
Papağı güllələn deşmə-deşmədi.
Nəbinin atını heç at keçmədi,
Qoy sənə desinlər ay qaçaq Nəbi,
Həcəri özündən qoçaq ay Nəbi.
Məşhur dastandan olan bu bir bənd şeiri Şabranın Zeyvə kəndindən olan, bu günlərdə 98 yaşı tamam olan Zülfüqar babaya və ömür-gün yoldaşı, 95 yaşlı Bahar nənəyə aid edilir. Qaçaq Nəbi ilə Həcərin həyatını Zülfüqar və Bahar Novruzovlar 1988-ci ildə Ermənistandan məcbiri qaçaq düşməklə yaşayıblar.
Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Hollavar kəndindən Azərbaycana pənah gətirən Novruzovlar cütlüyü Şabran rayonunun Zeyvə kəndində məskunlaşıblar. Zeyvə kəndində eşmə bığları və zəhmətkeşliyi ilə tanınan Zülfüqar baba mal-qara saxlamaqla məşğul olub. 
Bu kənddə yerli əhali ilə qaynayıb qarışan Zülfüqar Növruzov Həcərə bənzətdiyi Bahar xanımla nə az, nə çox, düz 10 övlad - 7 qız, 3 oğul böyüdüblər.
Övladları bu günlərdə valideynlərinə gözəl bir sürpriz edib. 
Qızı Pərişan Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, cütlüyün ovladları və nəvələri onlara “şah” toyu ediblər. Şadlıq evlərinin birində Zülfüqar və Bahar Növruzovların ailə qurmalarının 75 illiyi münasibəti ilə əzizləri onlara Qərbi Azərbaycan adət-ənənəsi ilə "şah"toyu ediblər.

Toya təkcə doğmaları deyil, həmkəndliləri, yaxınları, tanınmış aşıq və incəsənət ustaları, musiqiçilər də dəvət olunub. Bir sözlə cütlüyə şaha layiq şənlik keçirilib: 

“Atamla anam şəhərdə yaşamağı sevmirlər. Kəndi, orada iş-güc görməyi çox sevirlər. Onları Bakıya güclə, xahişlə-minnətlə gətirə bildik. 4 gün əvvəl atamla anamı geyimli-gecimli birbaşa şadlıq evinə gətirdik", - deyə qızları qeyd edib. 
Nəvəsi Salatın Məmmədovanın sözlərinə görə cütlük onların bu təşəbbüsünə çox seviniblər: 
“Nənəmlə babam çox sevindilər, kəndlilərimizi gördülər, söhbətləşdilər. Hazırda hava şəraitinə görə Bakı şəhərində olan "şah"toyunun səbəbkarları Şabrana qayıda bilmirlər. Amma kəndə qayıdacaqları günü çox gözləyirlər, çünki mal-qaranı qonşuya tapşırıb gəliblər. 95 yaşlı Bahar nənəm inanmazsınız, bayatı zümzümə edə-edə, bu yaşında inəyi özü sağır, iynəni özü saplayır, eynəkdən istifadə etmir", - deyə Salatın xanım əlavə edib. 

Evliliklərinin 76-cı ilinə qədəm qoyan Zülfüqar və Bahar Novruzovların 10 övladından 50 nəvə və 35 nəticələri var. Cütlüyün ən böyük arzusu isə 100 yaşları tamam olanadək doğma Böyük Qarakilsəyə, doğulduqları Hollavara getməkdir. Bunun üçün Qərbi Azərbaycan icmasından və ən əsası ölkə başçısından şad xəbər gözləyirlər. 
Onu da qeyd edək ki, yaşlıların “şah” toyunda həmçinin Zülfüqar və Bahar Novruzovların qızının 65, nəvəsinin isə 35 yaşı da qeyd olunub. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri