Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Üç cəbhədə də sona qədər mübarizə apardıq”

Rəşad Sadıqov: “Üç cəbhədə də sona qədər mübarizə apardıq”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

"Mövsümün son oyunu idi. Həqiqətən, avrokuboklara şansımız qalmadığı üçün matça köklənmək çətin oldu. Buna baxmayaraq, futbolçular əzmkar oyun göstərdilər. Bugünkü matç, dünən burda baş tutan “Sumqayıt” – “Qarabağ” oyunu (3:4) və digərləri, iddia qalmasa da, maraqlı keçdi. Bütün kollektivlər sona qədər mübarizə apardılar. Bu gün qələbə də qazana bilərdik, yaxşı şanslarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Mövsümü bitirdik, gələcəyi düşünmək lazımdır. Kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarlığımızı bildirirəm. Üç cəbhədə də sona qədər mübarizə apardıq. Hər birində son anda nəticəni əldən verdik. Vacib məqam odur ki, futbolçular əzmkar oynadılar. Nələrsə alınmadı, bunlardan nəticə çıxarmalıyıq".

– Çempionatı necə dəyərləndirərdiniz?
– Mükafatçıları, hamını təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, hər biri buna layiq idi. Bəzi məyus edən tərəflər var idi – meydançalar, oyunların fərqli stadionlarda keçirilməsi. Ancaq bu gün məğlub olan tərəfik, istədiyimiz nəticə olmadığı üçün çox şeyi danışmayacağam, fərqli anlaşıla bilər.

– Buraxdığınız birinci qolda qapıçının kobud səhvi oldu. İkinci qolda da sanki hakim xətası var idi…
– Aydın Bayramov özü də başa düşür ki, ilk qol onun məsuliyyəti idi. Amma Patrik Andrade də ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım, VAR çağırdı, amma hakim öz qərarında qaldı. Sonuncu dəfə bizdə belə şey olanda, uzun müddət danışıldı. Görək, bu dəfə izah necə olacaq… Ümumiyyətlə, son iki matçda qaçırdığımız şanslar, buraxdığımız qollar ümumi mövsümün mənzərəsidir. Ötən illə müqayisədə daha yaxşı oyunlarımız oldu. Amma nəticələr olanda hər şey əla hesab edilir, nəticə olmayanda isə neqativ məqamlar önə çıxarılır.

– Mükafatçılardan üçü əcnəbi baş məşqçidir… 
– İstər yerli, istərsə də əcnəbilər ambisiyalı komandalara gəliblər. “Sabah”, “Neftçi”… “Turan Tovuz”a gəlincə, Berdıyevdən əvvəl Ayxan Abbasov orda yaxşı sistem qurmuşdu. Berdıyev də əlavələr edib, transferlər götürməklə fərqli səviyyəyə apardı. Amma məsələ tək əcnəbilərlə bağlı deyil. Klublar, klub rəhbərləri ciddi işlər görürlər, bunu danmaq olmaz. Hazırda iddialı komandalar ciddi seleksiya aparırlar. Bu, təkcə yuxarı pillələrdə qərarlaşanlara deyil, orta sıralarda olanlara da aiddir. Bu gün klub rəhbərləri çalışır ki, çempionatın səviyyəsi artsın və rəqabətə tab gətirsinlər. 8 il əvvələ boylansaq, görərik ki, klubların formalaşmasına çox vəsait ayrılmayıb. Amma bu gün hamı əlindən gələni edir. İnanıram ki, bu mövsüm ən azı üç klubumuz avrokuboklarda pley-off oynayacaq.

– Maliyyə məsələsi vacibdir. Sizdən daha yüksək büdcəsi olanlarla rəqabət aparmaq çətin deyil?
– Çətin deyil, amma əsas məsələ yayda seleksiyanı yaxşı etməkdir. Növbəti mövsüm daha rəqabətli yarış olacaq. Əlimizdən gələni edəcəyik ki, buna tab gətirə bilək. Uzun illərdir, Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşduq, avrokuboklarda pley-offlara getmişdik. Rəqiblər də bizə fərqli köklənirdi. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.

– Klub rəhbərliyi bu gün oyunu stadiondan izləyirdi. Sizcə, növbəti mövsümdə də bu hal davamlı olacaq?
– Orxan Məmmədov futbolu sevir.  Bu klub 12 ildir fəaliyyət göstərir. Son 6 ildə mən də burdayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Onlara təşəkkür edirəm, biz əlimizdən gələni etdik, sadəcə bəzi məqamlar çatmadı ki, istədiyimizə nail olaq.

Ayxan Abbasov “Şamaxı”dan ayrıldı - RƏSMİ Addai “Qarabağ”ı tərk etdi - SON DƏQİQƏ “Neftçi” mövsümü qələbə ilə başa vurdu - YENİLƏNİB Millimizin heyəti bəlli oldu Saşa İliç: “Komandanın potensialı var”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 May 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri