Icma.az
close
up
RU
Gecikmiş şəhadət qaçılmaz aqibət

Gecikmiş şəhadət qaçılmaz aqibət

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xocalı soyqırımında iştirak edən Ermənistan vətəndaşı cinayətləri boynuna aldı

Üç onillik ərzində beynəlxalq ictimaiyyətin səssiz müşahidəçi mövqeyi sərgilədiyi və bəzi dairələr tərəfindən “mübahisəli məsələ” kimi təqdim edilərək əsl mahiyyəti təhrif olunan Xocalı soyqırımı bu gün birbaşa iştirakçının məhkəmədə verdiyi ifadə fonunda həm hüquqi, həm də tarixi həqiqət kimi aktual müstəvi üzərinə qoyulur. Əvvəllər inkar və informasiya manipulyasiyası ilə gizlədilməyə çalışılan faktlar artıq şahid ifadələri vasitəsilə beynəlxalq hüququn obyektiv süzgəcindən keçərək təsdiqlənməkdədir.

Xocalı ilə bağlı yeni faktların üzə çıxması və təsdiqlənməsi qlobal hüquqi-siyasi öhdəliklər sistemində cavabdehlik tələbini ortaya qoyur. Məhkəmə zalından səslənən bu həqiqətlər beynəlxalq ictimaiyyət üçün gecikmiş ədalətə çağırış olmaqla yanaşı, onlar qarşısında obyektiv və prinsipial mövqe tutmaq istəyən hər bir beynəlxalq aktor üçün etik və normativ məsuliyyət testidir.

Xocalı soyqırımı təsadüfi qətliam deyil, əvvəlcədən planlaşdırılmış soyqırımı aktı idi. Madat Babayanın Bakı Hərbi Məhkəməsində verdiyi ifadə bir daha sübut edir ki, Xocalıda baş verən hadisələr spontan və ya hərbi zərurət nəticəsində baş verməmişdir. Əksinə, bu hadisə öncədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktı olmuşdur. Babayanın "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın" sözləri bu planlı etnik təmizləmənin birbaşa sübutudur. Bu isə BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının (konvensiya 9 dekabr 1948-ci ildə Parisdə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş, 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir) 2-ci maddəsinə tam uyğun olaraq soyqırımı əməlinin hüquqi təyinatına uyğundur.

Damarlarda qan donur

Qətliamda Ermənistan vətəndaşlarının birbaşa iştirakı beynəlxalq cinayət məsuliyyətini təsdiqləyir. Babayanın özünü də təqsirləndirilən şəxs kimi göstərməsi, eləcə də digər konkret adlar – Henrik Tamrazyan, Arkadi Şirinyan, Vanik Petrosyan – Ermənistan vətəndaşlarının bu qətliamda birbaşa iştirak etdiyini təsdiqləyir. Bu faktlar Ermənistan Respublikasının sadəcə “separatçı qüvvələrə dəstək verən vasitəçi” olmadığını, əksinə birbaşa icraçı və təşkilatçı olduğunu göstərir və beynəlxalq hüquqda dövlət məsuliyyəti məsələsini gündəmə gətirir. Yəni, Ermənistanı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh edir.

Etnik təmizləmə və soyqırımının praktik tətbiqi insanlığa qarşı cinayətin sənədli sübutları olmaqla yanaşı, beynəlxalq hüquq normalarının sistemli şəkildə pozulduğunu və bu əməllərin beynəlxalq cinayət məsuliyyəti doğurduğunu təsdiqləyən mühüm hüquqi faktdır. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi, əmrləri verənlər təkcə mülki insanları qətlə yetirməklə kifayətlənməyib, meyitlərin qulaqlarını kəsmək, barmaqları doğramaq kimi qeyri-insani işgəncə üsullarına da əl atmışlar. Bu əməllər yalnız hərbi təcavüz deyil, həm də etnik nifrət motivi ilə həyata keçirilən qəddarlıq nümunələridir və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (Roma Statutu) nəzərdə tutulan insanlıq əleyhinə cinayətlərə tam uyğundur. Mülki, silahsız insanların – qadınların, uşaqların, qocaların qətlə yetirilməsi və onlara işgəncə verilməsi beynəlxalq hüquqda "etnik təmizləmə" və "soyqırımı" anlayışlarının praktik həyata keçirilməsini göstərir.

Beynəlxalq hüququn sınağı

Faktların hüquqi və tarixi illərlə inkar edilən həqiqətləri təsdiqləməsi Xocalı soyqırımının yalnız bir tarixi faciə deyil, beynəlxalq hüququn pozulması və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasının vacibliyini ortaya qoyur. Məhkəmədə səsləndirilən etiraflar və təqdim olunan sübutlar beynəlxalq ictimaiyyəti bu cinayətə hüquqi-siyasi qiymət verməyə və ədalət prinsiplərinə əsaslanaraq konkret addımlar atmağa çağırır. Faktlar təkcə Azərbaycanın deyil, bütün beynəlxalq hüquq sisteminin etibarlılığı üçün bir sınaqdır.

İllərlə beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı faktlar şübhə altına alındı, qətliamlar "mübahisəli hadisə" kimi təqdim edildi. Lakin indi hadisənin iştirakçısının öz dili ilə verdiyi ifadələr – həm planlaşdırma, həm icra, həm də işgəncə mexanizmini açıq şəkildə göstərməsi – artıq bu cinayətin təkzibedilməz həqiqət olduğunu təsdiqləyir. Bu etiraflar sənədləşdirilmiş tarixi bir fakt kimi beynəlxalq hüquq mexanizmlərinin işə düşməsi üçün ciddi əsaslar verir. Eyni zamanda, məhkəmə prosesi Azərbaycanın ədalət çağırışının beynəlxalq miqyasda da legitim və hüquqi əsaslara dayandığını sübut edir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri