Icma.az
close
up
RU
Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? ŞOK ADLAR

Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? ŞOK ADLAR

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir atalar sözündə deyilir ki, müftə pendir tələdə olur. Bu müdrik kəlam Qərbin qrant və yardım siyasətini tam mənası ilə ifadə edir. ABŞ və Avropa İttifaqının ölkələri özündən asılı vəziyyətə salmaq və onlara təzyiq mexanizmləri formalaşdırmaq üçün bu məsələni daim işlək vəziyyətdə saxlayır.

Mia.az globalinfo.az-a istiandla xəbər evrir ki, müxtəlif fondlar vasitəsi ilə həyata keçirilən bu siyasət Azərbaycanda da özünün “bəhrəsini” verib. Qrant dəllalları illərdir xaricdən gələn milyonlarla dollar (avro) vəsaiti mənimsəməklə məşğuldurlar. Azərbaycanda bunun qarşısının alınması, qanunsuz pul axınının neytrallaşdırılması üçün ciddi işlər görülür. Qanunlar sərtləşdirilir, qadağalar qüvvəyə minir və s.

Təkcə vətəndaş cəmiyyəti institutları deyil, həm də dövlət orqanlarının xarici ölkələr və təşkilatlardan qrantlar alması heç kimə sirr deyil. Bu qrantlar hara xərclənir, necə istifadə olunur?

Qrantverənlərlə qrantalanlar arasında sövdələşmə olması və qrantın bölünərək mənimsənilməsi zamanı ciddi maxinasiyalara yol verilir.

Azərbaycanda xaricdən ən böyük qrant və yardım alan strukturlardan biri Qaçqın və Məcburi Koçkünlərlə iş üzrə Dövlət Komitəsidir. Bu qurumun yardım ənənəsinin olması 1990-cı illərə gedib çıxır. Həmin illərdə erməni ekstremistlərinin əli ilə dədə-baba torpaqlarından zorla çıxarılan milyondan artıq qaçqın və məcburi köçkünün problemlərini həll etmək üçün yardıma ehtiyac yaranmışdı. Bu cür humanitar böhranlar zamanı xarici xüsusi xidmət orqanları fəaliyyətə keçir. Belə dəhşətli böhran onlara münbit şərait yaradır. Müxtəlif adlarla missiyalarına başlayırlar. Eləcə də xarici ölkələrin müxtəlif strukturları da bu şəraitdən məharətlə istifadə edir. Nəticədə həm sadə vətəndaşların hissləri istismar edilir, onları ələbaxımlı edirlər, həm də yardım, qrant verdikləri təşkilatların üzərində təsir imkanları artır. Bu isə dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Sənan Hüseynov

Amma indi qaçqın faktiki yoxdur, öz torpaqlarından didərgin düşmüş insanlar doğma yurdlarına dönürlər. Digər tərəfdən dövlət də bu təbəqədən olan insanların ehtiyaclarını qarşılayır. Odur ki indi “Qaçqınkom”un qranta, yardıma daha ehtiyacı yoxdur.

Buna baxmayaraq, bu qurum hələ də xarici təşkilatlarla, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə çoxsaylı yardım, qrant proqramları reallaşdırmağa davam edir.

Aydındır ki, BMT nin özünün vəsaiti yoxdur və yardımlar müxtəlif donorların hesabına alınır və yönəldilir. Hazırda da dünyada iki böyük belə struktur var: ABŞ ın USAİD təşkilatı və Avropa İttifaqı. Bu strukturların ayırdığı vəsaitlərin də son məqsədinin nə olduğunu izah etməyə ehtiyac yoxdur.

“Qaçqınkom”da ya bunu başa düşmürlər, ya da bu qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin burada xüsusi marağı var. Məsələn, “Qaçqınkom”un şöbə müdiri Sənan Hüseynovun və yaxınlarının bir neçə QHT-si var və bu qurumlar müntəzəm qaydada xaricdən böyük məbləğdə qrantlar alırlar. Vəsaitlər hara gedir, nəyə xərclənir, yəqin S.Hüseynovun özü yaxşı bilər.

Bu strukturda çalışan digər İlham adlı şəxsin və onun həyat yoldaşının da müntəzəm qaydada qrant, yardım aldığı iddia olunur.

Bu vəsaitlər hara gedir, hansı məqsədlərə xərclənir? Əvvəlki dövrdə olduğu kimi kəskin qaçqın problemi olmadığı halda “Qaçqınkom”un qrant və yardım əməkdaşlığı niyə günü-gündən şişir? Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və digər vəzifəli şəxslərinin bunda nə marağı var?

Bu məsələlər xüsusi araşdırma predmetidir və aidiyyəti orqanların fəaliyyət sferasıdır.

P.S. Eşitdiyimizə görə, dövlətin müvafiq orqanları artıq bu məsələ ilə maraqlanmağa başlayıblar.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Dekabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri