Icma.az
close
up
RU
Qaçqınkomda kollegiya iclası: tapşırıqlar verildi

Qaçqınkomda kollegiya iclası: tapşırıqlar verildi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf etdiyini, regionda dayanıqlı sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev şanlı Zəfərdən başlanmış Böyük Qayıdışın tarixi əhəmiyyət daşıdığını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin yüksək templə davam etdiyi və doğma yurduna köçürülən keçmiş məcburi köçkünlərin sayının günbəgün artdığını bildirib. Bununla əlaqədar komitənin üzərinə düşən vəzifələrin vaxtında və tam yerinə yetiriməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərə mütəmadi səfərləri, eləcə də Böyük Qayıdış prosesinin icrasını şəxsən nəzarətdə saxlamaları keçmiş məcburi köçkünlər tərəfindən dərin minnətdarlıq və razılıqla qarşılanır.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının 2026-cı il üzrə nəzərdə tutulan tədbirlərinin yekun icra vəziyyəti geniş təhlil olunub. İclasda köçürülmə prosesi çərçivəsində siyahıların dəqiqləşdirilməsi və komissiya tərəfindən aparılan işlər, sorğuların keçirilməsi və protokolların imzalanması, bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə qayıdışın təşkili, köçürülmüş sakinlərin məskunlaşma və miqrasiya məsələlərinə nəzarət müzakirə edilib. Bununla yanaşı, geri qayıdan əhalinin sosial adaptasiyası, məşğulluğunun təmin olunmasına dəstək və onlar arasında maarifləndirmə-informasiya işinin gücləndirilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib.

Eyni zamanda, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin səviyyəsi, payız-qış mövsümünə hazırlıq tədbirlərinin yekunlaşdırılması və istilik təchizatının dayanıqlılığı, vahid aylıq müavinətlərin ödənilməsi, Mənzil İstismar Departamentinin balansındakı qəsəbələrdə mövcud vəziyyət, eləcə də vətəndaş müraciətlərinə operativ baxılması, qəbul işinin təşkili və elektron xidmətlərdən istifadənin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, icra intizamının daha da möhkəmləndirilməsi ilə bağlı mövcud nöqsanlar qeyd edilib, rəy və təkliflər dinlənilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərliyinin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasının hər bir əməkdaşdan yüksək məsuliyyət tələb etdiyini qeyd edərək, məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışını təmin edən kompleks tədbirlərin ardıcıl şəkildə davam etdirilməsinin, həmçinin 2026-cı ilin yekun hesabatlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının vacibliyini bildirib.

Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib və aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri