Icma.az
close
up
RU
“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı AÇIQLAMA

“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib: “Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar”.

Bildirilib ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür: “Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri