Icma.az
close
up
RU
Qadın ərinin icazəsi olmadan qardaşı qızının toy mərasiminə getdiyi üçün “Coca Cola” butulkası ilə döyüldü QƏRAR

Qadın ərinin icazəsi olmadan qardaşı qızının toy mərasiminə getdiyi üçün “Coca Cola” butulkası ilə döyüldü QƏRAR

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Niyaməddin Muradovun (ad, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, hadisə 18 oktyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, Niyaməddin Muradov onunla birgə yaşayan arvadı, zərərçəkmiş Günayə Muradova (ad, soyadı şərtidir) ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığa görə mübahisə edib. Mübahisə zamanı o, arvadının onun icazəsi olmadan qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək, zərərçəkmiş şəxsi baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki 2 litrlik “Coca-Cola” plastik butulkası ilə qəsdən bir neçə dəfə vurub, qadının sağlamlığına az ağır zərər yetirib. Hadisədən sonra Niyaməddin Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla o, 2 il müddətə islah işləri cəzasına məhkum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib. Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirmədən saxlayıb. Daha sonra dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see237

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see165

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see141

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see136

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see133

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see132

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see132

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see126

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see126

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see125

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see118

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri