Icma.az
close
up
RU
Qadın faktoru milli inkişafın strateji dayağıdır

Qadın faktoru milli inkişafın strateji dayağıdır

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il 8 Mart ərəfəsində qadın mövzusuna yenidən qayıtmaq demək olar ki, bir ənənədir. Amma bu mövzuya yalnız emosional və ya tarixi çərçivədən yanaşmaq artıq kifayət deyil. Müasir mərhələdə Azərbaycan qadınına münasibət həm də strateji baxış tələb edir. Çünki qadın amili bu gün milli inkişaf modelinin struktur elementinə çevrilib. Azərbaycanın sosial-iqtisadi transformasiya mərhələsi, postmünaqişə dövrünün reallıqları, rəqəmsal keçid və qlobal çağırışlar fonunda qadınların rolu yeni məzmun qazanır. Azərbaycan qadınının ictimai mövqeyi tarixi legitimliyə əsaslanır. Hələ orta əsrlərdə Sara Xatun diplomatik münasibətlərdə dövlət maraqlarını qorumuş, Möminə Xatun siyasi hakimiyyət strukturunda mühüm rol oynamışdır. Qədim mənbələr, xüsusilə Kitabi-Dədə Qorqud qadının ictimai və hərbi müstəvidə aktiv obrazını təqdim edir. Bu irs göstərir ki, qadının ictimai-siyasi subyektliyi milli ənənədən kənar deyil, onun üzvi hissəsidir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verərək siyasi modernləşmənin əsasını qoydu. Bu qərar Şərq dünyasında presedent yaratdı və qadının hüquqi statusunu yeni mərhələyə çıxardı. Müstəqillikdən sonra qadın siyasətinin institusional formalaşması Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. Dövlət idarəçiliyində qadınların təmsilçiliyinin artırılması, gender siyasətinin sistemli xarakter alması və müvafiq hüquqi mexanizmlərin yaradılması həmin mərhələnin əsas xüsusiyyətləridir. Bu kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən yeni sosial-iqtisadi prioritetlərlə davam etdirilir. Gender bərabərliyi artıq yalnız sosial ədalət məsələsi deyil, idarəetmənin effektivliyi və dayanıqlı inkişaf göstəricisidir. 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun və 2010-cu ildə qüvvəyə minmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun gender siyasətinin hüquqi bazasını möhkəmləndirdi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bu siyasətin koordinasiya və icra mexanizmini təmin edir. Yeni qəbul edilmiş “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” isə növbəti mərhələdə diqqəti üç istiqamətə yönəldir: qadınların iqtisadi imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqların artırılması və sosial həssas qrupların müdafiəsinin gücləndirilməsi. Bu sənəd gender siyasətinin gələcək illər üçün konseptual çərçivəsini müəyyən edir.

Statistik göstəricilər qadınların iqtisadi sistemdə payının artdığını göstərir. İşçi qüvvəsində qadınların payı 48 faizdən çoxdur, fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi yüksəlir, yerli özünüidarəetmədə təmsilçilik dinamik şəkildə artır. Qadın sahibkarlığının inkişafı, xüsusilə regionlarda həyata keçirilən layihələr sosial sabitliyə və məşğulluğun artmasına mühüm töhfə verir. “Güclü Cəmiyyətin Zərif Simaları” kimi təşəbbüslər qadın liderliyinin formalaşmasına və gənc qızların potensialının üzə çıxarılmasına xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva ölkənin humanitar və mədəni diplomatiya sahəsində mühüm rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq imicini gücləndirir, mədəniyyətimizi və tolerantlıq modelimizi qlobal müstəviyə çıxarır. Bu fəaliyyət qadın liderliyinin “yumşaq güc” strategiyasında necə effektiv istifadə oluna biləcəyinin real nümunəsidir. Rəqəmsallaşma, süni intellekt, innovasiya və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə qadınların aktiv iştirakı artıq zərurətə çevrilib. 2026–2028-ci illər üzrə Milli Fəaliyyət Planında qadınların rəqəmsal savadlılığının artırılması xüsusi yer tutur. İqlim dəyişiklikləri ilə mübarizə, media mühitində gender balansının qorunması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər də yeni mərhələnin əsas prioritetlərindəndir.

Azərbaycan qadını bu gün təkcə ailənin mənəvi dayağı deyil. O, iqtisadiyyatın iştirakçısı, siyasi sistemin subyekti, humanitar diplomatiyanın siması və milli inkişaf strategiyasının ayrılmaz hissəsidir. 8 Mart münasibətilə qadınlara ünvanlanan təbriklər simvolik məna daşısa da, əsl dəyər sistemli siyasət, hüquqi təminat və real iştirak mexanizmləri ilə ölçülür. Azərbaycan modeli göstərir ki, gender bərabərliyi sosial şüar deyil – bu, dövlətin uzunmüddətli inkişaf kursunun tərkib hissəsidir. Qadın faktoru isə həmin kursun ən mühüm strateji dayaqlarından biridir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri