Icma.az
close
up
RU
Qadın futbolçular nə qədər qazanırlar?

Qadın futbolçular nə qədər qazanırlar?

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) qadın futbolçular arasında əmək şəraiti ilə bağlı sorğu keçirib.

Reyting.az xəbər verir ki, təşkilat cavabları avqust-oktyabr ayları arasında toplayıb. Sorğuda 41 milli komandadan 407 futbolçu iştirak edib.

Oyunçuların 66 faizi futboldan ildə 20 000 dollardan az qazanır, onların təxminən üçdə biri isə gəlirinin 4 999 dollara qədər olduğunu bildirib. Futbolçuların 49 faizi ildə 10 000 dollardan az gəlir əldə edir.

Gəlirin əsas mənbəyi klublar olaraq qalır, daha sonra milli komandaların ödəmələri gəlir. Bununla belə, demək olar ki, hər dördüncü qadın futbolçu hələ də futboldan kənarda əlavə iş görməyə məcburdur.

Sorğuda iştirak edənlərin 33 faizi klubla bir il və ya daha az müddətə müqavilə imzalayıb, 22 faizinin isə ümumiyyətlə müqaviləsi yoxdur.

Oyunçuların 58 faizi beynəlxalq turnirlərin oyunlarından əvvəlki fasilənin çox qısa olduğunu, 57 faizi isə oyunlardan sonrakı fasilə barədə eyni fikirdə olduqlarını bildirib.

Turnirlərə gedənlərin 75 faizi ekonom sinifində uçub, yalnız 11 faizi premium-ekonom və ya biznes sinifindən istifadə edib.

Qadın futbolundan söz düşmüşkən, İngiltərənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Sarina Viqman vətəni Niderlandda "İlin məşqçisi" seçilib. O, adıçəkilən ölkədə bu titula layiq görülən ilk qadındır.

Viqman sorğuda digər iki namizədi - "Liverpul"un məşqçisi Arne Slot və velosiped idmanı üzrə milli komandanın çalışdırıcısı Huqo Haakı qabaqlayıb.

Yayda ardıcıl ikinci dəfə İngiltərə millisi ilə Avropa çempionluğunu qazanan 56 yaşlı mütəxəssis bu həftə həmçinin beşinci dəfə FIFA tərəfindən dünyanın ən yaxşı qadın məşqçisi seçilib.

RASİM

Reyting.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Dekabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri