Icma.az
close
up
RU
“Qadın uyğunlaşmalıdır” və “kişi hakim olmalıdır”... Psixoloq

“Qadın uyğunlaşmalıdır” və “kişi hakim olmalıdır”... Psixoloq

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63698 doğulan körpə qeydə alınıb. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqları 53,1 faiz, qız uşaqları isə 46,9 faiz təşkil edib. Yəni doğulan oğlanların sayı qızlardan çoxdur.

Bu göstərici cəmiyyətin psixoloji strukturuna — ailə münasibətlərinə, gender rollarına və sosial balans hissinə necə təsir göstərə bilər? Valideynlərin cinsi ayrı-seçkiliyinin arxasında hansı psixoloji və sosial səbəblər dayanır?

Globalinfo.az-a danışan psixoloq Nərmin Ağayeva deyib ki, bu rəqəmlər təkcə doğum statistikasını deyil, cəmiyyətin dərin psixoloji sarsıntısını əks etdirir:

“Oğlan uşaqlarının qızlardan çox doğulması bioloji təsadüf yox, cəmiyyətin şüuraltında kök salmış dəyərlərin, qorxuların və patriarxal sistemin nəticəsidir. Psixoloji baxımdan bu, cəmiyyətin hələ də dəyər və bərabərlik anlayışlarını cins fərqi üzərindən qurduğunu göstərir. Oğlan uşağı güc və nəsil davamlılığı, qız uşağı isə kölgədə qalan obraz kimi qəbul edilir. Bu düşüncə tərzi ailə münasibətlərinə də sirayət edir. Bəzi analar oğlan doğmadığı üçün özünü yarım qadın kimi hiss edir, bəzi atalar isə qız uşağına içində boğulmuş məyusluqla baxırlar. Nəticədə uşaq daha ilk gündən gözlənti və məyusluq enerjisi içərisində böyüyür və bu, onun psixoloji inkişafına iz qoyur”.

Psixoloq qeyd edib ki, cəmiyyət səviyyəsində cinsi balans pozulduqca empatiya və emosional bağlar zəifləyir:

“Kişi hakim olmalıdır” və “qadın uyğunlaşmalıdır” düşüncəsi möhkəmləndikcə, gələcək nəsillər emosional cəhətdən sərt, amma daxildən boş fərdlər kimi formalaşır. Bu vəziyyət fərdi deyil, kollektiv travmadır. Onun kökündə nəzarət və güc ehtiyacı dayanır. Valideynlər oğlan uşağına üstünlük verərkən, əslində nəzarətdə qalmaq və güclü görünmək istəyirlər. Yəni bu seçim bioloji deyil, eqonun müdafiə mexanizmidir. Cəmiyyət isə bunu “ənənə” adı ilə normallaşdırır. Amma dəyişmək mümkündür. Dəyərlər dəyişdikcə, qadının sosial rolu və səsi artdıqca insanlar anlayacaqlar ki, uşağın cinsi yox, onun şəxsiyyəti gələcəyi formalaşdırır. Sağalmaq istəyən cəmiyyət doğum nisbətini deyil, düşüncə nisbətini bərabərləşdirməlidir. Çünki nəsli davam etdirən oğlan uşaqları deyil — sağlam düşüncə tərbiyə edən valideynlərdir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri