Icma.az
close
up
RU
Qadına həyat yoldaşı kimi deyil, şəxsi maddi mülkiyyəti kimi davranan kişinin ailəsi möhkəm olmur

Qadına həyat yoldaşı kimi deyil, şəxsi maddi mülkiyyəti kimi davranan kişinin ailəsi möhkəm olmur

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

El arasında ta qədimlərdən qadın kişi münasibətlərini əks etdirən müxtəlif məsəllər olub. Qadınlar, qızlar hər zaman ikinci dərəcəli varlıq hesab edilib. “Qızını döyməyən dizinə döyər”, “Qız ki, kəkil çıxardı, ver canın qurtarsın”, “qızı özbaşına buraxarsan, ya zurnaçıya gedər, ya halvaçıya” və s misalları yəqin ki, bu gün də eşidirsiniz. Artıq bu fikirlər toplumda sözün əsl mənasında qəlibləşib.

Müasirləşirik, dünyaya inteqrasiyadan danışırıq, boşanmaların sayı evliliklərinin sayının yarısına bəırabrdir. Amma bu gün də hələ də “gəlin mənim süpürgəmdir” deyən qaynanalar, “mən kişiyəm, mənə hər şey olar” deyən kişilər var.

Bir yaxınım danışırdı. Yeni tanış olduğu bir bəyi sevdiyi halda ondan ayrılmaq məcburiyyətində qalıb. Səbəb kişinin “hara getdinsə, xəbərim olmalıdır”, “hara getsən görüntülü yığdığım zaman açmalısan”, “hara getsən, mən bilməliyəm”, “telefonumu niyə açmırsan”, “mesaja niyə cavab vermirsən” kimi yorucu tələbləri olub.

Qadın danışır ki, 1 aylıq flört dönəmində kişini sevməyə başlasa da, başa düşüb ki, kişi özünə sevgili deyil, ondan asılı olan kölə axtarır. Məsələnin maddi tərəfinə gəldikdə, kişi qadın üçün 1 ay müddətində cəmi bir çiçək alıb. Qadının necə yaşadığı, çətinliklərinin olub-olmaması kişini heç maraqlandırmayıb...

“Mənim sərhədlərimi aşmaqla yanaşı, mənə günahkar kimi davranır, yaşadığım hər problemin səbəbkarı kimi məni görürdü. Xoşbəxətəm ki, münasibətimi davam etdirmədim. Əvvəlcə bu, mənim üçün ağır idi. Maraqlısı budur ki, bu şəxs bir dəfə də olsun soruşmadı ki, “bir çətinliyin varmı?” soruşduğu “hardasan, kimləsən, niyə telefona gec baxdın” və s. ilə bağlı idi.”-deyə qadın danışır.

Düzdür, heç bir qadın belə münasibəti davam etdirməyə məcbur deyil. Amma gəlin araşdıraq, kişilər niyə belə davranır?

Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ailə münasibətlərində konfliktlər, mübahisələr zorakı münasibət hesab edilmir. Bunlar ailə münasibətlərinin tənzimləməməsi kimi qiymətləndirir.

Psixoloq Rafiq Allahverdiyev

"İnsanların dünyagörüşləri, maraqları və tərbiyələrindən irəli gələn bir anlaşılmazlıq olaraq qəbul edilir. Zorakı münasibətlər insan şəxsiyyətinə hörmət edilmədən, insan şəxsiyyəti nəzərə alınmadan, ona bir şəxsiyyət kimi yanaşmadıqda əmələ gəlir"-deyə psixoloq qeyd edib.

Zoraki münasibətlərin səbəbləri nədir?

Psixoloq deyir ki, milli əxlaq normalarına yanlış olaraq istinad edən, ər-arvad münasibətlərində partnyorun bərabər hüquqlu ailə üzvü kimi qəbul edilmədiyi ailələrdə daha çox zorakılığa rast gəlinir.

“Münasibətlərdə zorakılığın digər səbəbi, milli, əxlaqi və dini stereotiplərə söykənərək, insanların qarşılıqlı tanıma və anlaşması olmayan, sevgi hisslərinə əsaslanmayan ailələrdə kişinin qadına mülkiyyət kimi baxmasından irəli gəlir.

Kişi qadının namusunu daşıyır, amma namusunu necə qoruyacağını təsəvvür edə bilmir və qadına mülkiyyəti kimi baxır. Mülkiyyəti kimi baxdığı üçün “istər sevərəm, istər ataram” anlayışı möhkəmlənir.

Zorakılığa birinci səbəb; sevgi, anlaşma, qarşılıqlı hörmət olmadan və “niyə evlənirik” fikri şüurlu formada dərk edilmədən qurulan ailələrdir. İlkin səbəb buradan başlayır. Amma sonra insanlar özlərinə haqq qazandırmaq üçün müəyyən bəhanələr uydurur, müəyyən məntiqsiz amma əxlaq normalarına, mənəvi nöqtələrə söykənən  - “atama hörmət etmədi”, “geyimi biraz açıq idi”, “mənə hörmət etmir” bəhanələr edərək zorakı davranışlarını pərdələməyə çalışırlar”-deyə psixoloq bildirib.

Qadınlara qarşı zorakılığa gəldikdə, Rafiq Allahverdiyev qeyd edib ki, səbəbsiz qadağalar qoymaq, təcrid etmək və tabe etmək bu hallara söykənir.

“Qadağalar geyimdən tutmuş, danışıq tərzinə qədər “filankəslə söhbət etməyəcəksən”, “ora getməyəcəksən” və s. bu qadağalardır. Yəni qadağa qoyur ki, “mən belə istəyirəm, sən ora getməyəcəksən”. Bu qadağalarla bərabər təcrid etmək “çölə çıxmayacaqsan” və ya tabe etmək “mənim xəbərim olmadan bunu etməyəcəksən”, “mən bilməliyəm sən nə edirsən”, “mənə deməlisən, mənim xəbərim olmadan və mənə demədən sən qərar qəbul edə bilməzsən” kimi davranışlar... Bunlar zorakı münasibətlərin ən vacib növlərindən biridir. Həmin zaman sanki kişi qadının səhv etməsini gözləyir. Bu qadağalar, tabe və təcrid etmək davranışları ailənin möhkəmlənməsinə deyil, qadının səhv etməsinə hədəflənir. Yəni kişi qadının səhv etməsini gözləyir ki, hansısa bir yerdə səhv etsin və ona qarşı qadağaları daha da gücləndirsin, qadını cəzalandırsın. Bu münasibətlərdə zorakılığın ən dəhşətli bir formasıdır”-deyə psixoloq bildirib.

Rafiq Allahverdiyevin fikrincə, əslində bu insanların psixoloji sağlamlıq vəziyyəti normaldır və sağlamdırlar: “Onun ruh halı qürrələnmək, bu cür qadağalarla xanımını idarə etmək və yaxşı kişi obrazı, yaxşı ata obrazını özündə etolona çevirməkdir. Yəni onun ruh halı etdiyi hərəkətləri zorakılıq kimi qəbul etmir. Əksinə, kişilik simvolu kimi qiymətləndirir və bununla qürrələnir, fəxr edir. Bu kişilər həmin davranışı zorakı hal kimi, qarşındakı xanımın şəxsiyyətinə təhqir kimi, hörmətsizlik kimi və s. kimi qəbul etmədiyinə görə, bu onlar üçün zövq prinsipinə çevrilir. Yəni o hərəkətindən kişi zövq almağa başlayır, öz kişi obrazını gücləndirir və “kişi belə olar” fikri ilə qürrələnir. Kişi öz davranışlarını zorakılıq kimi qəbul etmədiyinə görə, digər insanları ittiham etməyə başlayır. Əslində belə münasibətlərdən qurtulmaq asan deyil. Çünki qeyd edilən kişi modeli zorakılığa meylli olduğu üçün, bu zorakılıq əvvəlcə sözlərlə, sonra davranışlarla və əın sonda hərəkətlərlə özünü göstərir. Qısası, münasibətə başlayan zaman kişiləırin belə aqressiv davranışını düzgün dəyərləndirmək lazımdır.

Hər dəqiqə başı axtaran, kobudluq edən, günahkar çıxarmağa çalışan, ittiham edən və bununla yanaşı qadının heç bir problemi ilə maraqlanmayan kişilərin duyğuları sevgi və ya qısqanclıq deyil, eqoizmdir. Bu münasibətlərin sonu daha faciəvi sonluqla bitə bilər. Bu səbəbdən də bir münasibətə başlayarkən, arada deyilən şirin sözlərə aldanmayın, davranışlara və hərəkətlərə fikir verin.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri