Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Qadını ərinə, kişini arvadına düşmən etdilər“: “Bunlar baş verəndə Şura harada idi?”

“Qadını ərinə, kişini arvadına düşmən etdilər“: “Bunlar baş verəndə Şura harada idi?”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. 

Şuradan verilən xəbərə görə, Xəzər TV televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan “Qonaqcanlı” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub. Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır? 

Kişinin, yoxsa qadının?” sualına qonaq “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. 

Əgər o kişidirsə…” məzmunda cavab verib. Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub. 

Şura üzvləri məsələni ətarflı müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib. 

Həmçinin, qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Sonda Audiovizual Şuranın üzvləri Xəzər TV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub Bəs, efirdə bu cür çıxışlar Azərbaycan cəmiyyətində qadın hüquqları və gender bərabərliyi ilə bağlı hansı mənfi tendensiyaları gücləndirə bilər? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, əslində şura bu vəziyyətə etiraz edincəyə qədər çox məsələyə zamanında etiraz etməli idi: 

"Şura zamanında efirdə baş verən əxlaqsızlıqlara, özbaşınalığa, ailə sirrlərinin milyonların gözü qarşısında açılmasına etiraz etməli idi. Gecə geyimində efirə çıxıb xalqa əxlaq dərsi verən aparıcılara etiraz etməli idi. 

Ailə sirrini farş etməyə cəsarət edən, bunu efirdə nümayiş etdirən aparıcılara da etiraz etməli idi. Etiraz etmədiyi üçün bu gün istənilən şəxs efirə çıxıb ağzına gələni danışmaq haqqını özündə görür. Efir əvvəllər müqəddəs, toxunulmaz idi. İnsanlar efirə əlçatmaz bir məkan kimi baxırdılar. O efirdə heç vaxt əxlaqsızlıq nümayiş etdirilməzdi. 

Orada ailə dəyərlərinə zidd məsələlər müzakirə olunmazdı. Əxlaqsız, mədəniyyətsiz, danışıq qaydasını bilməyən insanlar efirə çıxıb əxlaq dərsi verə bilməzdi". Sosioloqun sözlərinə görə, məhz özəl telekanallar efir üzərində ixtiyar əldə etdikdən sonra mənəvi dəyərlər sürətlə aşınmağa başladı: 

"Nə vaxt ki, özəl telekanalların ixtiyarları bu qədər özlərinə verildi, nə vaxt ki, onlar özlərində efirdə istədikləri atı çapmağa ixtiyar gördülər, cəmiyyəti belə pozdular. Bu gün müzakirə olunan “kişi-qadın bərabərliyi” məsələsi əslində efirdə ən təhlükəsiz mövzulardan biridir. 

Bu məsələyə qədər efirdə kifayət qədər çox təhlükəli əxlaq, mədəniyyət, mənəviyyat pozan məsələlər müzakirə edilib və heç vaxt buna fikir bildirilməyib. Qadın və kişi bərabərliyi əbədi müzakirə olunan mövzudur. Gender bərabərliyi, feminizm heç vaxt tam nəticə verən, həllini tapmayan məsələdir. Çünki baxıcısı var. 

Amma bu müzakirələri elə aparmaq lazımdır ki, heç kim təhqir olunmasın. Təəssüf ki, bu gün efirdə həm kişilər, həm qadınlar ayaqaltı edilir. Halbuki ailədə hər ikisinin öz yeri var. Heç biri digərinin yerini əvəz edə bilməz. Ailə iki sütun üzərində qurulub, nə qadın kişi kimi, nə kişi qadın kimi davrana bilər". 

Lalə Mehralı qeyd edib ki, gender bərabərliyinin süni müzakirəsi ailələrin dağılmasına yol açdı: 

"Birmənalı şəkildə qəbul etmək lazımdır ki, gender bərabərliyini süni şəkildə müzakirə etdikcə ailələrin dağılmasına səbəb oluruq. 20 il əvvəl gender bərabərliyi, ya da feminizm bu qədər gündəmdə idimi? 

Cəmiyyətimizdə boşanmalar nə vaxt artdı? Məhz bu mövzular efirdə geniş şəkildə müzakirə olunmağa başlayandan sonra artdı. Qadınları ərinə, kişiləri arvadına düşmən etdilər. 

Əvvəllər eyni evdə rahat yaşayan ailələr belə xor görülməyə başlandı. Kişi həyat yoldaşına bir az səsini yüksəltsə, boşanma səbəbinə çevrilir. Qadın ərindən elə şeylər tələb edir ki, alınmadıqda bunu faciəyə çevirir". Sosioloq vurğulayıb ki, ailə institutunun zəifləməsində əsas rollardan birini özünü saxta ekspert kimi təqdim edən şəxslər oldu: 

"Bu vəziyyətə qadınları kim gətirdi? Özünü psixoloq, həyat kouçu kimi təqdim edən, saxta sertifikatla efirdə özünü ailə dəyərlərinin bilicidi kimi təqdim eden insanlar bu cəmiyyətin əxlaqını pozdular. Efirdə oturub qadınlara “Əriniz maddi ehtiyacınızı ödəmirsə, boşanın”, “Mənəvi ehtiyacını təmin etmirsə, boşanın”, “Pulsuz kişi nəyə lazımdır?” deyənlər  cəmiyyəti bu hala saldı. Ailə dəyərlərini ucuz psixoloji şouların mövzusuna çevirməklə reyting əldə etdilər. Efirdən reytinq naminə kişini qadına, qadını kişiyə qarşı qaldırmaq üçün istifadə olundu. Bütün bunlar baş verəndə Şura harada idi? Niyə nəzarət etmirdi?"

 Əfsanə Rəcəb "
Cebheinfo.az"

Açar sözlər: Qadın kişi ər arvad Audiovizual Şura Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri