Qadınlar əvvəllər sadəcə həkim və ya müəllim ixtisaslarını seçirdilər, indi İKT sahəsində də çalışırlar
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
"Facemark" və "İNCİ - İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçirilib. Tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə çıxış edib. Sədr, qadınların son 15 ildə yeni ixtisaslara yiyələnməsindən bəhs edib.
Məleykə Abbaszadə
“Əvvəllər qadınlar müəllim, həkim kimi ixtisasları seçirdilər. Artıq qadınlar özlərini bir çox sahələrdə görürlər. Mühəndis, İKT mütəxəssisi və s. müxtəlif sahələrə üz tuturlar. Bu da çox sevindirici haldır. Bütün qadınlara səslənirəm. Harda olmağınızdan asılı olmayaraq, əsas odur xoşbəxt olun”,-deyə Məleykə Abbaszadə bildirib.
Leyla, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:Daha çox xanımlar boşanmaq istəyir? Əvvəllər boşanmış qadınlar ciddi təzyiqlərə məruz qalırdı, indi isə...
13 Mart 2025 15:55
“İKT də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb
16 May 2025 18:11
Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir
11 Fevral 2025 09:59
Əvvəllər insanlar mehriban idi
05 Mart 2025 23:29
Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ
26 Aprel 2025 02:13
Baxış sayı:106
Bu xəbər 04 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















