Icma.az
close
up
RU
Daha çox xanımlar boşanmaq istəyir? Əvvəllər boşanmış qadınlar ciddi təzyiqlərə məruz qalırdı, indi isə...

Daha çox xanımlar boşanmaq istəyir? Əvvəllər boşanmış qadınlar ciddi təzyiqlərə məruz qalırdı, indi isə...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Taliyə İbrahimova ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlandığını və bu yaxında Milli Məclisə təqdim olunacağını bildirib.

Müşfiq Məmmədli, deputat

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ailə institutu hər bir xalqın özünün milli mentalitetinə, tarixi keçmişinə və bu illər ərzində formalaşmış müəyyən mental dəyərlərə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan ailəsini digər ölkələrlə müqayisə etdikdə görürük ki, özünəməxsus çalarları, elementləri var.

Deputat bildirib ki, kişi və qadın arasında özünəməxsus bir rol bölgüsü var. Belə ki, kişi daha çox ailənin iqtisadi əsaslarına, ailənin möhkəmliyinə yön verməkdə bir növ aparıcı funksiyalara malikdir. Qadın isə övladların tərbiyəsində və ailənin inkişafında, ailədə xoş münasibətlərin yaranmasında və ailədaxili münasibətlərin formalaşmasında əsas aparıcı bir rol oynayır. Dediyinə görə, Azərbaycan cəmiyyətində qadının rolu artdıqca, qadının özünün də iqtisadi müstəqilliyi və cəmiyyətin aparıcı qüvvəsi kimi Azərbaycan qadını həm də ailənin iqtisadi əsaslarının formalaşmasında rol oynayır:

“Lakin qeyd etdiyimiz kimi, burada bir neçə mühüm məqamlar var. Artıq Orta Şərq ölkələrində qadının bir qədər ikinci planda saxlanılması və ailəiçi şiddətin qadın tərəfindən qəbul olunan model olması burada fərqli situasiya yaradır. Bu, Orta Şərq ölkələri üçün keçərlidir. Amma Azərbaycan ailəsində ailədaxili şiddət yolverilməzdir və qadın öz hüquqlarını bildiyinə, tələb etdiyinə görə bu ailə qadın tərəfindən qəbul olunmur. Burada təkcə fiziki şiddətdən söhbət getmir. Bəzən ziddiyyətlər meydana gəlir və qadın tərəfindən bu hal qəbulolunmaz olduğundan boşanmalara gətirib çıxarır”.

Müsahibimiz digər amil kimi qeyd edib ki, iqtisadi məsələlərdə kişilərin ailəni kifayət qədər təmin edə bilməməsi, müəyyən iqtisadi problemlərin yaşanması haqlı olaraq ailədə söz-söhbətlərə, fikir ayrılığına və son nəticədə ayrılmalara gətirib çıxarır. Deputat izah edib ki, qadın öz övladlarını böyütməli, ailəni normal ailə kimi yaşatmalıdır və bunun da təminatçısı rolunu kişi oynadığına görə problemlər ortaya çıxır.

Həmsöhbətimiz bəzi hallarda ailələrə kənardan müdaxilələrin son nəticədə psixoloji, bəzən fiziki şiddətə gətirib çıxardığını deyir. Bildirdiyinə görə, bu zaman da qadının övladlarını və özünüqoruma instinkti nəticəsində boşanmalara gətirib çıxarır:

“Amma burada tamamilə qadının üzərinə yüklənərək, “boşanmada qadın təşəbbüskardır” fikrini irəli sürmək, məncə, doğru yanaşma deyil. Burada səbəbləri, amilləri düzgün analiz edərək nəticəyə baxıb fikir yürütmək olmaz. Analiz etdikdə görürük ki, əslində obyektiv nəticələrdən yaranmış çıxılmaz bir durumda qadın artıq ailə münasibətlərinin davam etdirilməsinin mümkün ola bilməyəcəyi qənaətinə gələ bilir. Ona görə də “qadınlar boşanmaya meyillidir” fikri ilə mən tamamilə razı deyiləm. Burada obyektiv amilləri dəyərləndirib və sonradan ümumi nəticəyə gəlmək olar ki, burada kimin haqlılıq payı nə qədərdir”.

Yusif Nəbiyev, sosioloq

Sosioloq Yusif Nəbiyev isə Bakıvaxtı.az-a bildirib ki, boşanmaların 70%-nin qadınların təşəbbüsü ilə baş verməsi iddiası statistik olaraq mümkündür və ehtimal olunandır. O əsaslandırıb ki, bu tendensiya təkcə Azərbaycanda deyil, bir çox ölkədə müşahidə olunur və qadınların boşanmaya daha meyilli olmasının altında fərqli səbəblər yata bilir.

Y.Nəbiyevin sözlərinə görə, hər şeydən öncə, qadınların əmək bazarında artan rolları sayəsində iqtisadi müstəqilliyə daha asan çata bilmələri bir nömrəli səbəbdir. Müsahibimiz qeyd edib ki, əvvəllər qadınlar iqtisadi asılılıq səbəbindən evliliyə daha çox bağlı idilər. Lakin son onilliklərdə təhsil səviyyəsinin artması və əmək bazarına çıxış imkanlarının genişlənməsi qadınlara daha çox iqtisadi azadlıq verib ki, bu da onların xoşbəxt olmadıqları evlilikləri bitirmək qərarını daha asan verməsinə səbəb olur. Əvvəllər evlilik əsasən iqtisadi və sosial təhlükəsizlik üçün bir vasitə idisə, indi sevgi, hörmət, emosional bağlılıq kimi amillər daha vacib faktorlar kimi önə çıxır:

“Digər səbəb isə cinsiyyətə baxış bucağının və bununla əlaqədar sosial nizamın dəyişməsidir. Patriarxal (yəni, ictimai sükanın arxasında kişilərin durduğu sistem) dünyagörüşünün asanlaşan həyat fonunda daha az ehtiyac görməsi və eyni zamanda feminist axımların sənət, müasir media və QHT sektoru tərəfindən mütəmadi dəstəklənməsi nəticəsində qadınlar daha çox öz haqlarını tələb edə bilir, münasibətlərdə bərabərlik gözləyirlər. Xüsusən, zorakılığa, psixoloji təzyiqə qarşı daha həssasdırlar. Bu da yenə öz növbəsində ilkin boşanma addımlarının atılmasında qadınların önə çıxmalarına şərait yaradır”.

Sosioloqun fikrincə, qadınlar münasibətlərin emosional tərəfinə kişilərə nisbətən daha çox önəm verirlər və münasibətdən, ailədən gözləntilərinin böyük bir faizi məhz bu tərəf olur.

Y.Nəbiyev nəzərə çatdırıb ki, əgər evlilikdə emosional aura (sevgi, qayğı, anlaşılma və s.) keyfiyyətli deyilsə, qadınlar bunu daha tez hiss edirlər və belə evliliyi uzun müddət davam etdirmək istəmirlər:

“Buna baxmayaraq, təssüf ki, əksər hallarda kişilər evlilikdəki emosional problemləri görməzdən gələ bilirlər. Nəticədə isə bu məqamlara tolerant yanaşmağa qətiyyən istəkli olmayan qadınlar bu problemləri həll etmək üçün ilk addımı atmağa, alınmayanda isə münasibəti bitirməyə daha meyilli olurlar”.

Müsahibimiz son olaraq vurğulayıb ki, boşanmalarla bağlı qadınlara yönəlik damğalama və qınaq tendensiyasının zəifləməsi də səbəblərdən biridir.

Əvvəllər boşanmış qadınlar cəmiyyətdə ciddi təzyiq və diskriminasiyaya məruz qalırdı. Zaman keçdikcə isə boşanma daha çox qəbul olunan bir hadisəyə çevrilib və artıq qadınlar boşandıqdan sonra yenidən cəmiyyətə inteqrasiya edə, ailə qura bilirlər. Fiziki, psixoloji və ya emosional zorakılıqla üzləşdikdə, əvvəlki nəsillərdən fərqli olaraq, daha rahat boşanma qərarı verə bilirlər:

“Amma unudulmamalıdır ki, boşanmaların artmasının səbəblərini yalnız qadınlarla əlaqələndirmək doğru deyil. Bu statistikanı (boşanmaların 70%-nin qadınların təşəbbüsü ilə baş verməsi) "qadınlar boşanmaq istəyir" formasında oxumaq ciddi bir metodoloji problemdir. Qadınların boşanma təşəbbüskarı olması, kişilərin evlilikdə ideal tərəfdaş olması anlamına gəlmir, bu halda mütləq kişilərin evlilikdəki rolunun təkrar dəyərləndirilməsi lazımdır. Əgər boşanmaların azalmasını istəyiriksə, bunun üçün ailə institutunu gücləndirən və sağlam münasibətləri təşviq edən mexanizmlər yaradılmalıdır. Bu isə təkcə qadınlarla deyil, həm də kişilərlə mütəmadi və sistemli işləmək zərurətini doğurur”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri