Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Qadınlar getdikcə niyə daha çox tək səyahətlərə üstünlük verir? Ekspertlər açıqladı

Qadınlar getdikcə niyə daha çox tək səyahətlərə üstünlük verir? Ekspertlər açıqladı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Getdikcə daha çox qadın ailə üzvlərini və yaxınlarını evdə qoyaraq, dünyanı öz şərtləri ilə kəşf etmək üçün tək səyahətə çıxmağı seçir. 

Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, turizm şirkətləri hazırda xüsusilə qadınlar arasında ailə və ya dostlarsız səyahət edən fərdi turistlərin sayında ciddi artım qeydə alıblar.

Belə səyyahlar üçün populyar istiqamətlər arasında Avropada İspaniya və Portuqaliya, uzaq regionlarda isə Misir, Hindistan və Özbəkistan kimi ölkələr üstünlük təşkil edir.

"Jules Verne" turizm operatorunun məlumatına əsasən, 2024-cü ildə fərdi səyyahlar ümumi bronların 46 faizini təşkil edib (2023-cü ildə bu göstərici 40 faiz idi). Onların təxminən 69 faizi qadınlardır. Şirkətin idarəedici direktoru Debbi O'Nill bildirib ki, insanların tək səyahət etmə səbəbi həmişə tənha olmaqla bağlı deyil, bu daha çox dünyanı necə dərk etmək istədikləri ilə bağlı seçimdir.

O'nillin sözlərinə görə, bir çox səyyahlarımızın ailəsi, tərəfdaşı və aktiv ictimai həyatı var, lakin onlar eyni zamanda dünyanı tək kəşf etməyin azadlığını da qiymətləndirirlər. Kiçik qruplarla səfərlər onlara iki dünyanın ən yaxşısını təklif edir - həm paylaşılmış anların sevinci, həm də fərdi maraqları ödəmək imkanı. O əlavə edib ki, bəziləri üçün tək səyahət sakit bir cəsarət aktıdır.

Digər qrup turları təşkil edən "Explore Worldwide” şirkəti də bu il tək səyahət edənlərin sayının 2023-cü illə müqayisədə 22 faiz artdığını açıqlayıb. Şirkətin məlumatına görə, sentyabr və oktyabr ayları tək istirahət edənlər üçün ən populyar dövrlərdir, çünki bu zaman qiymətlər yay aylarına nisbətən daha münasib olur.

Şirkətin icraçı direktoru Maykl Edvards qeyd edib: "Tək səyahətlər aydın şəkildə artan bir tendensiyadır. Qrup turlarında iştirak edənlərin təxminən üçdə ikisi tək səyahət edir. İnsanlar artıq dostlarının və ya ailələrinin uyğun vaxt tapmasını gözləmək əvəzinə sadəcə fürsətdən yararlanıb yola çıxmağa üstünlük verirlər".

"Explore Worldwide”ın araşdırmasına görə, tək səyahət edənlərin çoxu belə səfərlərin onlara daha inamlı, güclü olmağa və səyahət sevgisini yenidən kəşf etməyə kömək etdiyini düşünür.

Turizm agentliyi "Barrhead Travel” isə bildirib ki, bu il tək şəxslər üçün çay kruizləri və macəra turlarının bronu müvafiq olaraq 31 və 20 faiz artıb. Şirkətin direktoru Niki Tempest-Mitçell qeyd edib ki, tək səyahətlərin yalnız subay insanlar üçün olduğu barədə "geniş yayılmış yanlış fikir” mövcuddur.

"Əslində bir çox insan partnyoru və ya ailəsi olmadan səyahətə çıxır, çünki bəlkə də bu, onların çoxdankı arzusu olub. Qadınlar, xüsusilə, fərdi səyahətlər üçün artan auditoriyanı təşkil edirlər. Bu tendensiyanın səbəbləri arasında həmfikirlərlə qrup turlarının artması və dünyanın daha əlçatan hala gəlməsi var", deyə o bildirib.

Müstəqil turagentlər şəbəkəsi "Advantage Travel Partnership” də 2025-ci ildə fərdi bronların sayında ötən illə müqayisədə iki rəqəmli artım qeydə alındığını açıqlayıb. Şirkətin rəhbəri Culiya Lo B’yu-Said "PA Media"ya açıqlamasında qeyd edib: "Biz getdikcə daha çox insanın ailə ilə deyil, tək halda qrup turlarına qoşulduğunu görürük. Son 12 ayda bu göstərici aydın şəkildə artıb və bu bazar üçün yeni məhsullar yaranmaqdadır".

Paşa Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri