Qadınlar haqqında söylədiyi fikirlərə görə cərimələnən sabiq Real lı futbolçu komandasından ayrıldı
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Meksika klubu 37 yaşlı hücumçu Çiçaritonun ayrıldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, Çiçarito “Qvadalaxara”nın yetirməsi olub və 2024-cü ilin yanvarında klubuna qayıtmışdı.
“Çiçarito ilə onu sevən, yetişdirən və futbolumuzun əfsanəsinə çevrilməsinə kömək edən klub arasındakı əlaqə əbədi davam edəcək. "Qvadalaxara" onun klub üçün göstərdiyi sədaqəti və ikinci mərhələdə, demək olar ki, iki il ərzində göstərdiyi ehtirası yüksək qiymətləndirir. Biz bilirik ki, hər fürsətdə o, klubunu və rənglərini dəstəkləməyə və dərin sevgisini nümayiş etdirməyə davam edəcək”, – klubun açıqlamasında deyilir.
Qeyd edək ki, yayda “Mançester Yunayted” və “Real”ın sabiq hücumçusu sosial şəbəkələrdə qadınlara ünvanlanmış videolar paylaşmışdı. Daha sonra o, cərimələnmiş və Meksika Futbol Federasiyasından xəbərdarlıq almışdı. Sonradan Çiçarito üzr istəmişdi.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Dekabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















