Qadınlar pələngin qurbanı oldu
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Hindistanın Maharaştra ştatında pələngin hücumuna məruz qalan dörd qadın ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.
Nəşr bildirir ki, "Maharaştra ştatının Çandrapur rayonunda pələng və onun balalarının hücumu nəticəsində dörd qadın həlak olub".
Məlumata görə,13 qadından ibarət qrup meşədə pələngin hücumuna məruz qalıb. Qadınlardan doqquzu qaçmağı bacarıb. Digər qadınlar pələngin qurbanı olub.
Hadisədən sonra hakimiyyət orqanları qurbanların hər bir ailəsinə 25.000 rupi məbləğində təcili maliyyə yardımı elan edib. Bundan əlavə, ərazidə nəzarət gücləndirilib: meşədə və ətrafında üç CCTV kamerası və 30 kamera tələsi quraşdırılıb. Sakinlərə ərazinin təhlükəsizliyi təmin edilənə qədər meşəyə girmək qadağan edilib.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















