Icma.az
close
up
RU
Qadınlara aid bu dərmanları ÜST kanserogen maddə siyahısına saldı

Qadınlara aid bu dərmanları ÜST kanserogen maddə siyahısına saldı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) milyonlarla qadının istifadə etdiyi doğum kontrol həblərini “I qrup kanserogen” siyahısına daxil etməsi geniş rezonans doğurub. Siyahıda siqaret, asbest və alkoqol kimi maddələrin də yer alması bəzi insanlarda həblərin eyni dərəcədə təhlükəli olması barədə yanlış təsəvvür yaradıb. Həkimlər isə məsələnin daha mürəkkəb olduğunu vurğulayır.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin təsnifatı dərmanın xərçəng yaratmaq potensialını deyil, onun xərçənglə əlaqəsinə dair elmi sübutların mövcudluğunu göstərir. Yəni “Qrup 1” etiketi həblərin siqaret qədər təhlükəli olduğunu demək deyil. Həkimlər gündəlik həyatdakı stress, hərəkətsizlik və zərərli vərdişlərin xərçəng riskini bu həblərdən daha çox artırdığını bildirir.
Araşdırmalar göstərir ki, süd vəzi xərçəngi riskində yüngül artım, uşaqlıq boynu xərçəngində isə uzunmüddətli istifadə zamanı riskin yüksəlməsi mümkündür. Bu artım əsasən 5 ildən artıq fasiləsiz istifadədə özünü göstərir. 10 ildən çox davam edən istifadələrdə risk iki qatına çıxa bilər, lakin həblərin dayandırılmasından sonra təxminən 10 il ərzində orqanizm yenidən normal vəziyyətinə qayıdır. Müasir aşağı dozalı həblər isə köhnə tip yüksək hormonlu dərmanlara nisbətən daha təhlükəsiz hesab olunur.
Eyni zamanda, bu həblərin qoruyucu təsiri də mövcuddur. Yumurtalıq və uşaqlıq daxili xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır və bu qoruyucu təsir illərlə davam edir. ÜST həbləri hələ də “təməl dərmanlar” siyahısında saxlayır, çünki qlobal miqyasda ana ölümlərinin qarşısını alır və qadın sağlamlığını qoruyur.
Həkimlər hər bir qadının fərdi risk analizi əsasında, həkim nəzarəti ilə bu preparatları qəbul etməsini tövsiyə edir.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri