Icma.az
close
up
RU
Qadınlara uzaqdan iş imkanı yaradan 7 proqram

Qadınlara uzaqdan iş imkanı yaradan 7 proqram

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Pandemiyadan sonra populyarlaşan uzaqdan işləmə formatı, xüsusilə qadınlar üçün elastik və balanslı iş mühitləri yaratmaq baxımından əhəmiyyət qazanıb. Artıq bir çox beynəlxalq platformalar qadınlara yönəlik “remote” iş imkanları təqdim edir.

Metbuat.az xəbər verir ki, bu barədə karyera kouçu Türkan Əkbərova açıqlama verib. O bildirib ki, bəziləri Azərbaycandan birbaşa istifadə üçün tam uyğun olmasa da, Avropa və Amerikada yaşayan və ya beynəlxalq iş bazarına çıxmaq istəyən qadınlar üçün dəyərli seçimlərdir.

Qadınlara uzaqdan iş imkanı yaradan platformaları təqdim edirik:

"The Mom Project" – mərkəzi ABŞ-də olan platforma əsasən analara və qadınlara yönəlik iş imkanları təqdim edir. Əlbəttə, əsas fokus Amerika bazarı olsa da, bəzən beynəlxalq “remote” iş elanlarına da rast gəlmək olur. Azərbaycandan müraciət etmək istəyənlərə tövsiyə odur ki, “Remote” və “Worldwide” açar sözləri ilə axtarış etsinlər.

"PowerToFly" – Beynəlxalq şirkətlərin iş elanlarını bir araya toplayan çox geniş bir platformadır. Xüsusilə texnologiya və biznes sahəsində iş axtaran qadınlar üçün buradakı imkanlar kifayət qədər genişdir. Azərbaycandan müraciət etmək də tam mümkündür. Axtarış zamanı “Remote worldwide” filtrlərindən istifadə etmək faydalıdır.

"Remote Woman" – Adından da göründüyü kimi, qadınlara yönəlik “remote” iş elanları təqdim edən bir platformadır. Saytdakı işlərin əksəriyyəti qlobal səviyyədədir. Əgər siz “Anywhere in the world” qeyd olunan işlərə fokuslanarsınızsa, Azərbaycandan müraciət etməkdə çətinlik yaşamazsınız.

"Fairy God Boss" – Bu platforma əsasən ABŞ və Kanada bazarına xidmət edir. Lakin bəzən “remote” iş elanlarına da rast gəlmək olur. Azərbaycan üçün uyğunluq nisbətən aşağı olsa da, yenə də “Remote” açar sözü ilə axtarış apararaq uyğun iş tapmaq mümkündür.

"Women Who Code" – Əgər texniki sahələrdə, məsələn, proqramlaşdırma, data elmi və ya texniki dəstək sahəsində çalışırsınızsa, bu platforma sizin üçün ideal seçimdir. Burada qlobal səviyyədə “remote” elanlar çoxdur və Azərbaycandan da müraciət etmək mümkündür.

"She Can Code" – Xüsusilə texnologiya startaplarına yönəlmiş bir platformadır. UX/UI dizayn, məhsul menecmenti, proqramlaşdırma kimi sahələrdə çalışan qadınlar üçün bir çox “remote” iş imkanları mövcuddur. Azərbaycanın da bu sahədə potensiallı qadınları var və bu platforma onlara uyğundur.

"Elpha" – Bu platforma yalnız iş imkanları deyil, eyni zamanda qadınlar üçün güclü bir dəstək icması da təqdim edir. Burada şəbəkələşmə və təcrübə mübadiləsi ilə yanaşı, qlobal “remote” iş elanları da var. Azərbaycanın gənc və aktiv qadınları bu imkanlardan rahatlıqla faydalana bilər.

Qeyd edək ki, bu platformalar qadınların sərhədsiz iş imkanlarından faydalanmasına şərait yaradır. Texnologiyaya yaxın, özünü beynəlxalq mühitdə sınamaq istəyən qadınlar üçün bu resurslar həm fürsət, həm də motivasiya mənbəyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri