Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Qadınların belə obyektlərə cəlb olunması narkotik asılılığı yaradır EKSPERT RƏYLƏRİ

Qadınların belə obyektlərə cəlb olunması narkotik asılılığı yaradır EKSPERT RƏYLƏRİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Restoranlarda xanımlara qəlyanın pulsuz verilməsinin əsas məqsədi, onların bunu sosial mediada paylaşaraq daha çox müştəri cəlb etməsinə yönəlib". Bu sözləri SİA-ya açıqlamasında marketoloq Bəylər Əlizadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə qadınların sosial mediada daha aktiv olduğunu müşahidə edirik: "Onlar daha çox post paylaşır, rəylər yazır və getdikləri məkanları izləyiciləri ilə bölüşürlər. Buna görə də qadın müştərilərin sayı artdıqca, həmin biznesin uğuru da artır.

Məsələn, əvvəllər konsertlərdə xanımlar çox iştirak etmirdi, xüsusən də uzaq məsafələrdə, dənizkənarlarında və gecə saatlarına qədər olan tədbirlərdə. Lakin, qadınlar iştirak etməyə başladıqdan sonra, konsert sahəsi böyüdü. Çünki onlar daha çox şəkil çəkdirir, paylaşır və dostlarını, tanışlarını da dəvət edirdilər. Buna görə də restoranlar və digər bizneslər bu cür kampaniyalara meyl edirlər. Çünki bilirlər ki, qadınlara qəlyan pulsuz verildikdə, onlar şəkil çəkdirəcək, bunu paylaşacaq və təbii ki, daha çox müştəri cəlb edəcəklər. Əksinə, kişilər getdikləri məkanları çox paylaşmır, çünki onların sosial mediada bu cür paylaşımlar etməsi o qədər də aktiv deyil".

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirir ki, son vaxtlar belə halların sayı sürətlə artır, müxtəlif kafe və restoranlarda belə təkliflərlə çıxış edirlər: "Bu, iki tərəfdən çox ciddi problemdir. Birincisi, hüquqi baxımdan Azərbaycan qanunvericiliyinə görə tütün məmulatlarının reklamı qadağandır. Digər tərəfdən qəlyan tütün məmulatlarının içində ən zərərlisidir. Məsələn, siqaretdən 60 dəfə daha zərərlidir. İnsanlar bundan çəkindirilməlidir, xüsusilə də qadınlar və qızlar. Bu, açıq-aşkar qanun pozuntusudur. Belə obyektlər çox ağır şəkildə cəzalandırılmalıdır.

Həmçinin bu, mənəvi-əxlaqi bir böhrandır. Qızların, qadınların belə obyektlərə cəlb olunması, qəlyana öyrəşdirilməsi, narkotik asılılığı yaradır və sağlamlığa ağır zərbə vurur. Eyni zamanda, mənəvi baxımdan da ciddi problemdir. Bu da bir mənəvi terror vasitəsidir. Sadəcə, burada biznes maraqları hər şeyin önündə durur. Yəni, kimlərsə, 5-10 manat artıq pul qazanmaq üçün xalqımızın genofonduna çox ağır bir zərbə vururlar. Bunu təbliğ edirlər, təşviq edirlər, şərait yaradırlar, pulsuz təklif edirlər və gəncləri, hətta yeniyetmə qızları belə yaşına baxmadan belə obyektlərə buraxıb məhv edirlər. O baxımdan bunu hər iki istiqamətdə çox ciddi ağır bir cinayət faktı saymaq olar. Yaxşı olar ki, müvafiq orqanlar, hüquq-mühafizə orqanları belə obyektləri çox sərt cəzalandırsınlar, qadağaları artırsınlar, cərimələri artırsınlar. Mediada davamlı şəkildə bu məsələlər işıqlandırılmalıdır, həyəcan təbili çalınmalıdır ki, bizim açıq-aşkar milli genofondumuza qarşı belə bir təcavüzün, belə bir terrorun qarşısı alınsın. Həddən artıq təhlükəli bir tendensiyadır və mütləq şəkildə bu cür hallara son qoyulmalıdır".

Müəllif: Zeynəb Cəfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri