Icma.az
close
up
RU
Bədbəxt hadisələrdən necə sığortalanmalı? EKSPERT RƏYLƏRİ

Bədbəxt hadisələrdən necə sığortalanmalı? EKSPERT RƏYLƏRİ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Sumqayıtda binada baş verən partlayış hadisəsi nəticəsində binanın həyətində dayanan avtomobillərə də ciddi ziyan dəyib. Həmçinin hadisədə yaşayış binasının şüşələri də sınaraq yerə tökülüb. Bəs dəyən zərəri kim ödəməlidir? Bu kimi hadisələrdən özümüzü necə qorumalıyıq? SİA mövzu ilə bağlı Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovun və milli təhlükəsizlik mütəxəssisi Rəşad Rzanın fikirlərini öyrənib.

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov:

"Sumqayıtda baş verən partlayış hadisəsi nəticəsində ətrafdakı maşınlara, daşınmaz əmlaka, obyektlərə ziyan dəyib. Ümumiyyətlə, dəyən zərər iki formada ödənilə bilər. Bu əmlaklar, maşınların sahibləri öz əmlak və avtomobillərini sığortalamalıdırlar. Əgər sığortalayıblarsa, onlar özlərinə dəyən zərəri sığorta şirkətindən alırlar. Sığorta şirkəti də bu zərəri qiymətləndirir, onlara ödənişi edir. Sonra onlara etdiyi ödənişi bu partlayışın səbəbkarları kim olacaqsa, onlara yönəldəcəklər. Zərərçəkmişlərə verdikləri pulu səbəbkarlardan alacaqlar. Bu, o halda baş verir ki, bu əmlaklar sığortalıdır.Əgər bu əmlaklar sığortalı deyilsə, onda onlar özləri məhkəmənin qərarını gözləmədirlər. Müvafiq dövlət qurumları tərəfindən bu hadisənin səbəbkarı aşkar ediləndən sonra həmin səbəbkarı məhkəməyə verəcəklər. Dəyən zərəri ondan alacaqlar. Bu, olduqca uzun prosesdir. Məhkəmə prosesi uzun çəkə bilər. Onlar məhkəmənin bitməsini, səbəbkarın tapılmasını gözləsələr, uzun çəkəcək. Məhkəmənin qərarı hələ son qərar deyil, kimsə apellyasiyaya verə bilər. Uzun ay, bəlkə də, illərlə məsələ müzakirə oluna bilər. Amma o vaxta qədər gözləməlidirlər. Ən yaxşı o olardı ki, onlar maşınlarını, evlərini sığortalatmış olaydılar. Dərhal ödənişi sığorta şirkətindən alandan sonra sığorta şirkəti gözləmədə olur. Sığorta olmadığı halda səbəbkar elə şəxs ola bilər ki, onun maddi vəziyyəti yaxşı olmaz. Ona görə də, ən yaxşı üsul əmlakı sığortalamaqdır".

Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza:

Təəssüf ki, Sumqayıtda belə hadisə ilə qarşılaşdıq. İnsanlar əvvəldən diqqət etməli, təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Bəzi məsələlərə dırnaqarası baxılmamalıdır. İnsanlar öz təhlükəsizliklərinə yetərincə diqqət etməlidirlər. Öncədən yoxlanılmalıdır. Hər kəsin, ətrafın da üzərinə düşür ki, belə hallarda xəbərdarlıq edilsin, xəbər verilsin".

Müəllif: Söylü Ağazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri