Icma.az
close
up
RU
“Qadınların və gənclərin fəallığı inklüziv inkişaf üçün vacibdir”

“Qadınların və gənclərin fəallığı inklüziv inkişaf üçün vacibdir”

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Qadınlar və gənclər iqtisadi artıma, sosial tərəqqiyə və siyasi sabitliyə töhfə verərək, cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayırlar, onların potensialından tam istifadə edilməlidir. Qadınları və texnologiyaya çevik uyğunlaşma qabiliyyətinə malik olan gənc innovatorları aktivləşdirməklə unikal perskpektivlər əldə etmək mümkündür”. SİA xəbər verir ki, Milli Məclisin deputatı Nigar Məmmədova birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu çərçivəsində keçirilən panel iclasda “Qadın və gənclərin sahibkarlığı üçün inklüziv hüquqi mühitin yaradılması, həmçinin qadınların və gənclərin STEM və İT peşələrinə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda çıxışı zamanı bu fikirləri səsləndirib.

Deputat bildirib ki, qadınlar çox vaxt ailələrdə, icmalarda və iqtisadiyyatda əsas iştirakçı, gənclər isə yenilik və dinamizm gətirərək gələcəyin hərəkətverici qüvvəsidir. Onların fəal iştirakı və səlahiyyətlərinin artırılması davamlı, inklüziv inkişaf üçün vacibdir. Bu sahədə yatırılan investisiya həm də sosial ədaləti və inkişafı təşviq edir, gender bərabərsizliyini aradan qaldırır”.

Bu sahədə Azərbaycan təcrübəsinə toxunan N.Məmmədova diqqətə çatdırıb ki, uğurlu qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınları önəmli dövlət qurumlarında təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir: “Mövcud olan təkmil qanunvericilik bazası bütün sahələrdə gender bərabərliyinə həssas yanaşmanın tətbiqini nəzərdə tutur. Xüsusi olaraq STEM sahələrinin inkişafı, rəqəmsal bacarıqların təbliği, qadın və gənclərin startap təşəbbüslərində iştirakının dəstəklənməsi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasında da texnoloji inkişafı sürətləndirmək, rəqəmsal iqtisadiyyata keçidi təmin etmək, bu sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanması əsas hədəflərdən biridir. Bu strategiya, süni intellektin tətbiqini müxtəlif sahələrdə genişləndirməklə yanaşı, həm də innovativ həllər vasitəsilə iqtisadiyyatın səmərəliliyini artıracaq. Eyni zamanda artıq 7 ildir fəaliyyət göstərən “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”də Azərbaycanda rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulmasını, İKT sektorunun davamlı inkişafını təşviq edərək bu sahədə təhsil və karyera imkanlarının əlçatanlığını təmin edir”.

Dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınların yaratdığını bildirən N.Məmmədova Azərbaycanda da qadınların ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunduğunu vurğulayıb. Qeyd edib ki, bu sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Yeri gəlmişkən, Ermənistan işğalından azad etdiyimiz ərazilərdə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, qadınlar və gənclərin də daxil olduğu sahibkarlıq fəaliyyəti həyata keçirənlər üçün sosial sığorta güzəştlərinin tətbiqi bu sahədə yüksək nəticələr əldə etməyə imkan verir”.

N.Məmmədova sahibkarlıq fəaliyyətində inklüziv təşəbbüslərə də diqqəti yönəldib. Deputat bu xüsusda Azərbaycan təcrübəsinə istinad edərək bildirib ki, inklüziv sahibkarlıq həm də müxtəlif biznes ekosisteminə töhfə verir, daha böyük innovasiyalara, iqtisadi dayanıqlığa səbəb olur. Burada həmçinin həssas əhali qrupunun da sosial maraqları nəzərə alınır: “Azərbaycanda bu sahədə qanunvericilik bazası təkmilləşdirilir və çoxsaylı proqramlar həyata keçirilir. Belə ki, nümunə olaraq həssas qrupun sosial rifahının yaxılaşmasına yönələn, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini əhatə edən qanunu qeyd edə bilərəm. Sözügedən qanuna əsasən, əlilliyi olan şəxslərin özünü məşğulluğunun stimullaşdırılması üçün hərtərəfli dəstəyin verilməsi, habelə onların istehsal etdiyi məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması da mühüm addımlardandır.”

N.Məmmədova eyni zamanda əlilliyi olan şəxslərin məşğulluğunun da daim prioritet olduğunu vurğulayıb: “Əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması onların cəmiyyətdə sosial-iqtisadi münasibətlərə inteqrasiyasının əsas vasitələrindəndir. Bu, eyni zamanda sosial sahibkarlıq fəaliyyətini təşviq etməklə yanaşı, həm də əlilliyi olan insanlara yaradıcılıq potensialını üzə çıxarmağa kömək edir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan proqramlar bu sahənin inkişafına xüsusi töhfə verir.”

Qardaş Özbəkistanın da bu istiqamətdə eyni dərəcədə ardıcıl və məqsədyönlü addımlar atdığını, inklüziv cəmiyyətin qurulmasına sadiqliyini əyani şəkildə nümayiş etdirdiyini bildirən deputat həmçinin qadınların və gənclərin dövlətin və cəmiyyətin inkişafında rolunun Parlament perspektivinin əhəmiyyətini qeyd edib, bəzi təklif və tövsiyyələrini səsləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri