Qafqar Dəmirçi yenidən məhkəmə qarşısında Müəsissənin təsis sənədlərinə qarşı iddia AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"AGA Şirkətlər Qrupu" QSC və Qafar Aydın oğlu Dəmirçi barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
“AzPolitika” “Yeniavaz.com”-a istinadən xəbər verir ki, "AGA Şirkətlər Qrupu" və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Ulduz Mənsur qızı Məmmədova ilə Rəşad Nizami oğlu Sadıqov tərəfindən qaldırılıb.
Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi "AGA Şirkətlər Qrupu" QSC-nin vitse-prezidentidir. O, bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8.3 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















