“Qafqaz Qartalı 2025” birgə taktiki xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Təsdiq olunmuş illik əməkdaşlıq planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində “Qafqaz Qartalı – 2025” birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr təqdim olunub.
Təlim zamanı xüsusi təyinatlılar müxtəlif epizodlar üzrə raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqları yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək uğurla yerinə yetiriblər.
Təlimdə fərqlənən bir qrup hərbi qulluqçu xidməti vəzifələrinin icrasında göstərdiyi nümunəvi intizam və peşəkarlığa görə müvafiq mükafatlarla təltif edilib.
Cavid
Bu mövzuda digər xəbərlər:Ankarada Qafqaz Qartalı 2025 təlimi keçirilib
28 Noyabr 2025 11:47
“Anadolu Qartalı 2025” beynəlxalq təlimi ilə bağlı mətbuat konfransı keçirilib
03 İyul 2025 22:27
Hərbçilərimiz “Anadolu Qartalı 2025” beynəlxalq təlimində Görüntülər
04 İyul 2025 17:31
Kərim Vəliyev Beynəlxalq Anadolu Qartalı 2025 də iştirak edib
27 İyun 2025 13:54
“Anadolu Qartalı 2025”i 34 ölkənin media nümayəndəsi işıqlandırır FOTOLAR
02 İyul 2025 14:38
Baxış sayı:80
Bu xəbər 28 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















