Şahin Mustafayev: Mingəçevir su anbarı 2024 cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılmışdır".
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.
"Tapşırığınıza uyğun olaraq, məsləhətçi şirkət cəlb edilməklə ölkə əhəmiyyətli “Şəmkir”, “Yenikənd”, “Mingəçevir” və “Varvara” kaskad su anbarları üzrə texniki təhlükəsizliyin qiymətləndirilməsi tamamlanmış və komissiya tərəfindən təsdiq olunmuş müvafiq tədbirlər planının icrasına başlanmışdır. Nazirlər Kabinetinin 2025-ci il 1 may tarixli Sərəncamına əsasən həmin su anbarları da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansına verilmişdir", - Şahin Mustafayev qeyd edib.
Baxış sayı:52
Bu xəbər 12 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















