Icma.az
close
up
RU
Dünyanın ən qədim məbədi tapılıb

Dünyanın ən qədim məbədi tapılıb

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


İsraildə 35 min illik ritual zalı aşkar edilib. Bu ölkə ərazisindəki Manot mağarasında son daş dövrünün ritual adətlərinin izləri tapılıb. Alimlər deyiblər ki, bu tapıntılar qədim insanların həyatının mədəni, sosial aspektlərinə işıq sala bilər.
Reyting.az
-ın məlumatına görə, Amerikanın Keys Vestern Universitetinin tədqiqatçıları və israilli alimlərin əməkdaşlığı sayəsində Qaliley adlı qədim məkanda, Manot mağarasında təxminən 35.000 il əvvələ aid ictimai ayinlərlə bağlı sübutlar ortaya çıxıb. Elm adamları yeni üzə çıxan bu arxeoloji kəşfin kontinental Asiyada ən qədim və ilk tarixi fakt hesab olunduğu deyiblər.
Arxeoloji tapıntıların əhəmiyyəti barədə əldə edilmiş nəticələr Milli Elmlər Akademiyasının prosedurları səhifəsində dərc olunub.
Manot mağarasında kəşf edilən, əvvəllər diqqəti cəlb etməyən bu boşluq öncədən kəşf edilmiş Neandertal yaşayış sahəsinə bitişik, lakin mağaranın ən dərin və eləcə də ən qaranlıq hissəsindədir. Alimlərin fikrincə, bunun ictimai birliyi gücləndirən rituallar üçün istifadə olunması ilə bağlı fərziyyələr ən inandırıcı elmi ehtimaldır.
Arxeoloq Omri Barzilai bu kəşf barəsində deyib: "Gündəlik fəaliyyətlərdən uzaqda yerləşməsi bu qədim ritual zalının ibadət obyekti olduğunu göstərir".
Alimlərin sözlərinə görə, qədim mağara zalının təbii akustikası belə dini məclislər üçün tamamilə uyğundur. Stalaqmitlərin üzərindəki odun külü izləri isə məşəllərin mərasimlər üçün məkanı işıqlandırdığını göstərir.
Qədim Manot mağarası müxtəlif dövrlərdə həm Neandertalların, həm də Homo sapienslərin sığınacağı olub. Bundan öncə, 2015-ci ildə isə elm adamları bu qədim mağarada 55 min illik hibrid kəllə sümüyünü tapmışdılar və həmin arxeoloji tapıntı bu canlı növlərin arasında elmi baxımdan çarpazlaşmanın sübutu kimi qəbul olunmuşdu.
Alimlər vurğulayırlar ki, bu kəşflər Manot mağarasının qədim Üst Paleolit dövrünə aid olan mədəni, həm də sosial aspektləri haqqında bilik mənbəyi kimi elmi, eləcə də tarixi baxımdan çox əhəmiyyətlidir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Dekabr 2024 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri