Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Qafqazın gələcəyini müəyyən edən səfər

Qafqazın gələcəyini müəyyən edən səfər

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bakı-Tbilisi strateji oxu Cənubi Qafqazın yeni sülh arxitekturasını qurur
“Prezident İlham Əliyevin Gürcüstana bugünkü dövlət səfəri Bakı-Tbilisi münasibətlərinin mahiyyət etibarilə yalnız ikitərəfli dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq, artıq Cənubi Qafqazın təhlükəsizlik, enerji və nəqliyyat arxitekturasını müəyyən edən əsas geosiyasi xəttə çevrildiyini bir daha nümayiş etdirdi. Səfər zamanı verilən mesajlar göstərir ki, Bakı və Tbilisi arasında formalaşmış strateji ittifaq regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas sütunlardan biridir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmədov deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu mövcud olmuş dostluq, qonşuluq və qarşılıqlı etimad münasibətləri bu gün dövlətlərarası əlaqələrin ən möhkəm dayağına çevrilib: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tarixi bağlılığın məntiqi nəticəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlıq modeli formalaşıb və bu model hazırda region üçün nümunə xarakteri daşıyır. 

Səfərin ən mühüm siyasi-iqtisadi xəttini şübhəsiz ki, Orta Dəhliz və nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi təşkil edir. Azərbaycan Prezidentinin “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır” mesajı, əslində, regionun yeni geoiqtisadi reallığını ifadə edir. 

Bu gün Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu üzrə yük axınının sürətlə artması Bakı və Tbilisinin strateji əhəmiyyətini daha da yüksəldir. Qlobal ticarət yollarında baş verən dəyişikliklər fonunda Azərbaycan və Gürcüstan artıq sadəcə tranzit ölkələr deyil, Avrasiyanın əsas logistika və enerji körpüsü rolunda çıxış edir.

Məhz buna görə Prezident İlham Əliyevin Gürcüstan səfəri yalnız diplomatik protokol xarakteri daşımır, həm də yeni investisiya, logistika və enerji qərarlarının siyasi zəminini möhkəmləndirən addımdır”, - o vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan–Gürcüstan tərəfdaşlığının digər əsas istiqaməti enerji təhlükəsizliyidir: “Bakıdan başlayaraq Gürcüstan üzərindən Türkiyə və Avropaya uzanan strateji boru kəmərləri, xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Müasir beynəlxalq şəraitdə enerji resurslarının siyasi alətə çevrildiyi bir dövrdə Bakı–Tbilisi xətti Qərb üçün etibarlı enerji alternativi kimi daha da aktuallaşır. Bu baxımdan səfər zamanı enerji gündəliyinin ön planda olması tamamilə təbiidir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi ən mühüm siyasi tezislərdən biri də Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi ilə bağlıdır:
“Uzun illər müharibə, separatizm və geosiyasi qarşıdurmalarla xarakterizə olunan region bu gün yeni mərhələyə qədəm qoyur. Azərbaycan 2020-ci ildən sonra yaratdığı yeni reallıqla sülh gündəliyini önə çıxarıb və indi Gürcüstanla birlikdə regionda sabitliyin institusional əsaslarını gücləndirir.
Bu səfər göstərir ki, Bakı və Tbilisi regionda sülhün möhkəmlənməsi, sərhədlərin toxunulmazlığı, dövlət suverenliyi və əməkdaşlıq prinsiplərinin qorunması məsələsində ortaq mövqedən çıxış edir. Ən əsası isə bu səfər Cənubi Qafqazın yeni dövrdə müharibə yox, əməkdaşlıq, sabitlik və ortaq rifah məkanı kimi formalaşmasının siyasi manifestidir”. 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Aprel 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri