Icma.az
close
up
RU
Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu FOTO

Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olundu FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.
Mərasimin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Seymur Nəsirov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə qısa məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib. O, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb. Mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran diaspor rəhbəri Dostluq Cəmiyyətinin bu sahədə rolunu vurğulayıb. Qeyd edib ki, Cəmiyyətin təşkil etdiyi kurslarda dünyanın müxtəlif ölkələrindən olan tələbələr ödənişsiz olaraq peşələrə yiyələnirlər.

Sonra səfir Elxan Poluxov çıxış edərək bildirib ki, Ulu Öndərin müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Diplomat sona çatmaqda olan 2025-ci ilin Misir-Azərbaycan əlaqələrinin inkişafı baxımdan yaddaqalan hadisələrin şahidi olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə Qəzza zolağının müharibədən sonrakı vəziyyətinə həsr olunmuş böyük beynəlxalq sammitdə iştirakı əlamətdar hadisə olub. İqtisadi əlaqələrin inkişafına toxunan səfir bu yaxınlarda Qahirədə keçirilmiş Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının bu kontekstdə əhəmiyyətini qeyd edib.

Daha sonra AZƏRTAC-ın Qahirədəki müxbiri Şıxəli Əliyev çıxış edərək Misir və Azərbaycan xalqları arasında tarixi mədəni və elmi əlaqələr barədə qısaca danışıb. Orta əsrlərdə Misirdə yaşamış məşhur alim Əbu Tahir əs-Siləfinin ölkəmizə səfəri, Gəncə, Bərdə və başqa şəhərlərdə alimlərlə görüşlərindən bəhs edən kitabın ərəb dilinə tərcümə edilərək bu yaxınlarda oxucuların ixtiyarına veriləcəyini diqqətə çatdırıb.
Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətində təhsil alan tələbələrin ifasında Azərbaycan dilində vətənpərvərlik şeirləri dinlənilib. Daha sonra qonaqlar üçün ziyafət təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri