Qahirədə iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər həlak olub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubra rayonunda iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb.
APA xarici mediaya istinadən xəbər verir ki, dağıntılar altında qalanların axtarışı davam etdirilir. Bildirilir ki, binalardan birinin söküntüsü planlaşdırılırdı və sakinlər bir müddət əvvəl təxliyə edilib.
Misirdə, xüsusilə Qahirə və İsgəndəriyyədə köhnə binaların uçması halları son vaxtlar artıb. Bildirilir ki, Misirdə, ümumiyyətlə tikinti normalarına cavab verməyən 7 milyondan çox bina vardır. Təkcə son illərdə binaların tikintisində iki milyondan çox pozuntu qeydə alınıb.
Baxış sayı:85
Bu xəbər 19 İyul 2025 04:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















