Icma.az
close
up
RU
Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda, Qala-Pirallahı yolunda nişanların pərakəndə və ziddiyyətli şəkildə quraşdırılması sürücüləri çətin vəziyyətdə qoyub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qala-Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: "Sürəti hansına uyğun seçək?"

Görüntülərdə yolun kiçik bir hissəsində sürət məhdudiyyətini müxtəlif rəqəmlərlə göstərən yol nişanlarının yerləşdirildiyi əks olunub.

Bildirilib ki, həmin ərazidə həm sürətin saatda 90 km olduğunu göstərən radar mövcuddur, həm də ardıcıl olaraq 60 və 80 km/saat sürət həddini göstərən yol nişanları quraşdırılıb. Bu cür ziddiyyətli nişanlanma isə həm yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərir, həm də cərimə riski yaradır.

Şikayətçinin sözlərinə görə, radarın təxminən 200 metrliyində sürətin saatda 60 km olduğunu bildirən nişan yolun kənarında, görünüşü çətin olan ərazidə yerləşdirilib və gecə saatlarında, demək olar ki, seçilmir.

"Bundan başqa, radarın yaxınlığında daha bir 60 km/saat nişanı, ondan bir neçə metr sonra isə 80 km/saat sürət həddini göstərən nişan, bir neçə metr aralıda isə yenidən 60 km/saat nişanı qoyublar. İndi biz sürəti hansı nişana uyğun seçək?" - deyə şikayətçi bildirib.

Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, əraziyə baxış keçiriləcək.

"Qeyd olunan yol sahəsində hərəkət sürəti tətbiq edilən zaman piyadaların və yaşayış sahəsindən çıxan nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsinin artırılması nəzərə alınıb.

"Təhlükəsizlik məqsədilə sürət həddi saatda 60 km-ə endirilib. Qanunvericiliyə uyğun olaraq sürət nişanları yolun sağ tərəfində təkrarlanaraq quraşdırılıb. Əraziyə baxış keçiriləcək, çatışmazlıq olduğu təqdirdə problem aradan qaldırılacaq", - deyə T.Orucov vurğulayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri