Icma.az
close
up
RU
Qala qəsəbəsində valideynlərin gözləntiləri puç oldu

Qala qəsəbəsində valideynlərin gözləntiləri puç oldu

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Uşaq bağçalarında məktəbəhazırlıq qrupları uşaqların sayına görə təşkil olunur

“Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 63 saylı uşaq bağçasında məktəbəhazırlıq qrupu bağlanıb, uşaqlar tədrisdən kənarlaşdırılır”. Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Güleyşə Muxtarova müraciət edib. Onun sözlərinə görə, bağçada fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müdirin istəyinə əsasən bağlanıb: 

“Bağçaya yeni təyin olunan müdir Hacıyeva Turan heç bir xəbərdarlıq etmədən qrupun bağlanmasına qərar verib. Dövlət bağçasında bu qərar necə verilə bilər?! Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib. Məcbur edir ki, avqustun 30-dan sonra çıxmalısınız. Maddi imkanım olmadığı üçün nəvələrim Uğur və Cahan Muxtarovları özəl bağçaya qoya bilməyəcəyəm. Onlar əkiz kimidirlər, ayıra bilmərəm”. 

G.Muxtarova bildirib ki, bağça müdiri ona bu qərarı valideynlərin istəyinə əsasən verdiyini deyib: “Guya ki, valideynlər bağça rəhbərliyinə söyləyib ki, qrup bağlansın, bu, çox absurddur. Sadəcə, bir bəhanədir. Elə 5-6 valideyn bu vəziyyətdən şikayətçidir. Hamımız istəyirik ki, uşaqların təhsili üçün imkan yaradılsın, çünki biz bu bağçanın şəraitindən razıyıq, ancaq hazırkı durum bizə çətinlik yaradır. Aidiyyəti qurumlara müraciət edəcəyik”. Məsələni aydınlaşdırmaq üçün 63 saylı bağçaya sorğu ünvanlanıb. Bildirilib ki, Bakı şəhəri 63 nömrəli uşaq bağçasında 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyib: “Səbəb bağçada məktəbəhazırlıq qrupuna uyğun sayda uşaqların yığılmamasıdır. 2025-2026-cı tədris ili üçün aparılan proqnozlaşdırma dövründə 63 nömrəli bağçada məktəbəhazırlıq qrupuna müraciət sayının az olduğunu nəzərə alaraq məktəbəhazırlıq qrupunun açılması məqsədəmüvafiq hesab edilməyib. Bağçada məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməyəcəyi ilə bağlı valideynlərə öncədən məlumat verilib. Müraciət edən şəxsin nəvələri ilə bağlı onu da bildirək ki, uşaqlardan biri məktəbəhazırlıq yaşında olduğu üçün avqustun 31-nə kimi bağçada təlimə davam edəcək. Həmçinin valideyn məktəbəhazırlıq qrupu fəaliyyət göstərən digər bağçalara övladını yerdəyişmə edə bilər. Ailənin digər övladı isə bağçada yaşına uyğun qrupda təlim-tərbiyəsinə davam edir”.


Sherg.az problemi araşdırdıqda məlum oldu ki, uşaq bağçalarında məktəbəhazırlıq qrupları uşaqların sayına görə təşkil olunur. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur ki, uşaqların say həddi qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq olmalıdır. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına isə yol verilmir. Görünür, Qala qəsəbəsindəki 63 saylı uşaq bağçasında uşaqların sayı məktəbəhazırlıq qrupunun təşkilinə əsas vermir. Məlumatda qeyd olunur ki, məktəbəhazırlıq qruplarına Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır. Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar. O da qeyd edilir ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir. Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün  də 1-ci sinfə qəbulda heç bir məhdudiyyət yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 05:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri