Icma.az
close
up
RU
“Qalatarasay” 6 ildən sonra, “Trabzonspor” ardıcıl 2 ci dəfə finalda

“Qalatarasay” 6 ildən sonra, “Trabzonspor” ardıcıl 2 ci dəfə finalda

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu həftə Türkiyə kubokunda finalçılar bəlli oldu. Heç bir cütdə sürpriz qeydə alınmadı və favoritlər həlledici görüşə vəsiqə qazandılar.

Çərşənbə axşamı keçirilən ilk yarımfinalda “Qalatasaray” Konyaya səfər etmişdi. İstanbul nəhənginin bu rəqiblə öz haqq-hesabı var idi. Çünki qrup mərhələsində məhz “Konyaspor” “Cim-Bom”u lider olmağa qoymamışdı. Fanatları önündə Konya klubunu yenə bilməyən “Qalatasaray” qrupda 2-ci pillə ilə kifayətlənməli olmuş və 1/4 finalda səfərdə “Fənərbaxça” ilə qarşılaşmaq məcburiyyətində qalmışdı. Amma bu dəfə “Konyaspor” evdə oynamasına baxmayaraq, meydanda heç bir varlıq göstərə bilmədi. Aşkar üstünlüyə malik olan “sarı-qırmızılar” 26-cı dəqiqədən etibarən rəqibi “top atəşinə tutdu”.
Əvvəlcə başla fərqlənən Osimhen mövsümdə 30-cu qolunu vurdu! Fasilə ərəfəsində qapıçı Osimhenin zərbəsini dəf etsə də, son vaxtlasr məhsuldarlığı artan Torreyra özünü yetirərək təkrar zərbə ilə topu tora göndərdi. İkinci hissə Şallainin baxımlı qolu ilə start götürdü. Çox keçmədən Pedrinyo qollardan birinin əvəzini çıxaraq yerli fanatları ümidləndirdi. Amma bu ümid uzun çəkmədi. Bu qoldan cəmi 2 dəqiqə sonra Şallai həm dublunu rəsmiləşdirdi, həm də faktiki intriqanı öldürdü.
Bu qoldan öncə konyalılar topun “Qalatasaray”lı futbolçudan çıxdığını və autu özlərinin atmalı olduğunu iddia etsələr də, hakimin qərarı dəyişmədi. Yekun nəticəni isə bu mövsüm kubokda 2-ci qolunu vuran Yusuf Dəmir müəyyənləşdirdi. Beləliklə, kuboku ən çox (18) qazanan komanda olan “Qalatasaray” 2019-dan bəri ilk, tarixində isə 24-cü dəfə bu turnirin finalına yüksəldi.
Yarımfinalın digər oyunu cümə axşamı Trabzonda keçirildi. 1/4 finalda süpriz şəkildə “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Göztəpə” daha bir sensasiya edərək 55 illik fasilədən sonra ilk dəfə finala yüksəlmək arzusundaydı. Amma digər tərəfdən “Trabzonspor” üçün də bu, mövsümü xilas etmək baxımından son şans idi. Konyadakı qədər məhsuldar alınmasa da, bu matç da maraqlı keçdi. Stadionun böyük bölümünü dolduran azarkeşlər ilk yarıda qol görmədi. Əsas hadisələr fasilədən sonra yaşandı. Oyunun əlavə vaxta getməsini istəməyən və təzyiqi artıran Fatih Təkkənin komandası 2-ci hissənin əvvəllərində penalti qazandı.
Maraqlıdı ki, 48-ci dəqiqədə qazanılan penalti uzun sürən incələmədən sonra yalnız 55-ci dəqiqədə yerinə yetirildi! Amma izmirlilərin qapıçısı Arda Özçimən Banzanın zərbəsi zamanı istiqaməti düzgün müəyyənləşdirərək qola imkan vermədi. Bununla belə, qaradənizlilər qalan müddətdə lazımi nəticəni əldə edə bildilər. “Göztəpə” 78-ci dəqiqəyə qədər dözsə də, sonda “ağ bayraq qaldırdı”. Qələbə qolunu Ozan Tufan vurdu. O, künc zərbəsi zamanı müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu bir toxunuşla və qəribə trayektoriya ilə tora göndərdi. Yekun nəticəni isə Nvakaemenin ötürməsi ilə ukraynalı vinger Zubkov müəyyənləşdirdi.
Maraqlıdı ki, “Göztəpə” bu mövsüm superliqada iki matçın heç birində bu rəqibə uduzmamışdı (evdə 2:1, səfərdə 1:1). Amma göründüyü kimi, kubokda bu uğurlu seriyanı davam etdirmək mümkün olmadı. Beləliklə, “bordo-mavililər” ardıcıl 2-ci, tarixində 17-ci dəfə finala yüksələrək “Qalatasaray”a rəqib oldular. Komanda ötən mövsüm həlledici oyunda “Beşiktaş”a boyun əymişdi (2:3).
“Trabzonspor” ölkə kubokunu tarixində 10-cu dəfə qazanmağa çalışacaq. Final görüşü mayın 14-də keçiriləcək. Türkiyə Futbol Federasiyası əvvəlcə finalın Əskişəhərdə oynanılacağını açıqlamışdı. Amma bu şəhər təhlükəsizliyə zəmanət verə bilmədiyindən final başqa şəhərdə oynanılacaq.
yarımfinal
Konyaspor – Qalatasaray 1:5

Pedrinyo, 53 – Osimhen, 26. Torreyra, 42. Şallai, 47; 55. Yusuf Dəmir, 90+1.
Qalatasaray: Günay Güvənc, Frankovski, Sançes (Metehan Baltacı, 83), Əbdülkərim Bardakcı (Kuesta, 58), Yakobs, Torreyra, Lemina (Berkan Kutlu, 59), Yunus Akgün (Ahmed Kutucu, 59), Mertens, Şallai, Osimhen (Yusuf Dəmir, 73).
Trabzonspor – Göztəpə 2:0
Ozan Tufan, 78. Zubkov, 89.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Bataqov, Saviç, Mustafa Eskihellaç (Arif Boşluk, 88), Ozan Tufan, Lundstrem, Zubkov, Sikan (Çam, 90+6), Nvakaeme (Visça, 90+2), Banza (Enis Destan, 90+6).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri