Qalatasaray da maraqlı qadağa
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 aprel, AZƏRTAC
Türkiyə Superliqasında mövsümün başa çatmasına 5 tur qalmış "Qalatasaray"da maraqlı qadağa tətbiq edilib.
AZƏRTAC "Milliyət"ə istinadən xəbər verir ki, komandanın məşq etdiyi Kəmərburqaz bazasına qonaq gətirilməsi qadağan olunub.
Bu qərarın baş məşqçi Okan Burukun istəyilə qəbul olunduğu iddia edilir. Çünki mütəxəssis hələ "Göztəpə" ilə oyundan sonra start heyətinin gizli şəkildə mediaya ötürüldüyünü bildirmişdi.
Bundan başqa, klub rəhbərliyi futbolçuların motivasiyasını artırmaq üçün bu mövsüm vəd edilən bütün mükafatların qısa zamanda ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, "Qalatasaray" hazırda 68 xalla Superliqada turnir cədvəlinə başçılıq edir. "Sarı-qırmızılar"ı 66 xalla "Fənərbnağça" və 64 xalı olan "Trabzonspor" izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Aprel 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















