Qalatasaray dan ayrılan futbolçu İstanbulun başqa böyük klubuna keçmək istəməyib
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Qalatasaray''da keçirdiyi iki mövsümdən sonra bu yay ayrılaraq ''Eyüpspor''a transfer olunan Kərəm Dəmirbay ''Tivibu Spor'' kanalına açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, Almaniyada doğulan və uzun illər bu ölkədə oynayan təcrübəli yarımmüdafiəçi ''Cim-Bom''un yeni transferi olan almaniyalı ulduz Leroy Sane haqda da danışıb:
''Eyüpspor''a yollanmadan öncə İstanbulun başqa bir böyük klublarından da təkliflər var idi. Amma ''Qalatasaray'' sanki mənim evimə çevrilmişdi. Burda hər kəsdən dəstək gördüm. Ona görə də xarakterim elədi ki, bu yaşadıqlarımdan sonra başqa bir böyük kluba, yəni rəqib camiəyə yollana bilmədim. Sane ilə uzun illərdi, dostluq edirik. İlk növbədə ''Qalatasaray''ın çox güclü bir xarakterə malik olan futbolçu transfer etdiyini deməliyəm. Sane ilə söhbətdə ona ''uzun illər böyük klublarda oynasan da, ''Qalatasaray''a gəldikdən sonra daha öncə heç vaxt yaşamadığın hissləri yaşayacaqsan'' dedim. ''Qalatasaray''da həqiqətən iki gözəl il keçirdim və hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, yanlış bir hərəkətim olmadı və gələcəkdə stadiona gələndə fanatlar tərəfindən fitə basılmayacam''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 İyul 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















