Icma.az
close
up
RU
Qalatasaray : Edersonun transferi alınmasa, Barselona nın qapıçısı?

Qalatasaray : Edersonun transferi alınmasa, Barselona nın qapıçısı?

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" 2025/26 mövsümü üçün yeni qapıçı transfer etməkdə qətiyyətlidir və uzun müddətdir əsas hədəf kimi "Mançester Siti"nin ulduzu Edersonu müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, lakin maliyyə çətinlikləri bu keçidi təhlükə altına salır.

“Mançester Siti”nin tələb etdiyi yüksək transfer məbləği və braziliyalı qapıçının maaş istəkləri danışıqları çətinləşdirib. Halbuki Mançester klubu yaxınlarda “Börnli”dən Ceyms Traffordu transfer edib və Pep Qvardiolanın bu mövsüm əsas qapıçı kimi ona üstünlük verəcəyi gözlənilir.

Edersonla bağlı keçidin getdikcə daha mümkünsüz görünməsi səbəbindən "Sempre Barca"nın məlumatına görə, "Qalatasaray" tanış bir ada – "Barselona"nın qapıçısı İnyaki Penaya yönələ bilər.

26 yaşlı futbolçu 2021/22 mövsümünün ikinci yarısında icarə əsasında "Qalatasaray"da çıxış edib - Super Liqada 6 oyunda qapını qoruyub. Hazırda isə baş məşqçi Hansi Flik onu "Barselona"da dördüncü qapıçı hesab edir.

Məlumata görə, "Qalatasaray" ispaniyalı qapıçı üçün 8-10 milyon avro dəyərində təklif hazırlayır.

Lakin klub bu transferdə ciddi rəqabətə də hazır olmalıdır. A Seriyasından "Komo" Penanı transfer etmək üçün mübarizəyə qoşulub.

"Barselona" isə potensial transfer müqaviləsində gerialma şərti və gələcək satışdan faiz istəyir. Həm də Kataloniya klubu Penanın gedişinə yalnız Erik Qarsiya və ya Voyçek Şesnının La Liqada rəsmi qeydiyyatı tamamlandıqdan sonra razı ola bilər.

"Qalatasaray" Penaya yalnız Edersonun transferi baş tutmayacağı halda alternativ variant kimi baxmır - klub onu uzunmüddətli sərmayə kimi görür və liderlik keyfiyyətləri, soyuqqanlılığı və top idarəetmə bacarıqları ilə dəyərləndirir.

"Sempre Barca"nın fikrincə, Penanın gələcəyi ilə bağlı nə olacağı hələ bilinmir, lakin onun “Qalatasaray” kimi klubda oynamaq potensialı var və bütün diqqətlər bu məsələnin necə inkişaf edəcəyinə yönəlib.

Qeyd edək ki, Super Liqada 2025/26 mövsümünün ilk turunda "Galatasaray"ın qapısını Günay Güvenç qoruyub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri