Qalatasaray ın Edersona alternativ kimi nəzərdən keçirdiyi qapıçı bəlli olub
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray" Portuqaliyanın "Porto" klubunun qapıçısı Dioqu Koştanın transferi üçün rəsmi təklif irəli sürüb – 20 milyon avro və əlavə bonuslar.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında yazıb.
Mənbənin məlumatına əsasən, Türkiyə klubunun əsas prioriteti hələ də "Mançester Siti"nin braziliyalı qapıçısı Edersondur. Lakin hələ İngiltərə klubu ilə razılıq əldə etmək mümkün olmadığından, "Qalatasaray" alternativ variantlar üzərində düşünür. Koştanın özünün Türkiyəyə köçməyə hazır olub-olmadığı bəlli deyil.
Qeyd edək ki, portuqaliyalı qapıçı ötən mövsüm 43 oyun keçirib və qapısından 45 top buraxıb. Bununla belə, 19 görüşdə qapısını toxunulmaz saxlayıb. Koştanın "Porto" ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 40 milyon avrodur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















