Qalatasaray Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qalatasaray” heyətini dünya səviyyəli yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi “Real”ın futbolçusu Eduardo Kamavinqanın transferi üçün danışıqlara başlamağa hazırlaşır. Türkiyə çempionunun 23 yaşlı fransalıya görə 35 milyon avro ödəməyə hazır olduğu bildirilir. Digər Türkiyə mənbələri də “Qalatasaray”ın transferi məhz bu məbləğ civarında yekunlaşdırmaq istədiyini yazır.
Lakin keçidin baş tutması asan görünmür. İspaniya mətbuatının məlumatına görə, “Real” Kamavinqanı yalnız daha yüksək məbləğ qarşılığında buraxmağa hazırdır. “AS” Madrid klubunun futbolçu üçün ən azı 70 milyon avro tələb etdiyini yazıb.
Qeyd edək ki, “Real” Kamavinqanı 2021-ci ilin yayında Fransanın “Renn” klubundan 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü Madrid təmsilçisinin heyətində 226 rəsmi qarşılaşmada 6 qol vurub və 11 məhsuldar ötürmə edib.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU “Əl-Hilal” Benzema ilə bağlı qərarını verib - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















