Icma.az
close
up
RU
Qalatasaray lı futbolçu pul qoyuluşuna görə yığmadan kənarlaşdırıldı!

Qalatasaray lı futbolçu pul qoyuluşuna görə yığmadan kənarlaşdırıldı!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi Türkiyə futbolunda pul qoyuluşu ilə bağlı qalmaqal yeni mərhələyə qədəm qoyub.

"Football-plus.az" xəbər verir ki, bu dəfə federasiya tərəfindən mərc oynamaqda günahlandırılan 1024 peşəkar futbolçunun adı açıqlanıb. İşin ən diqqətçəkən tərəfi bu futbolçular arasında İstanbul nəhənglərindən də bəzi isimlərin yer almasıdı. ''Beşiktaş''lı Nəcip Uysal ilə Ərsin Destanoğlu artıq ədliyyəyə gələrək özlərini müdafiə etmək üçün şikayət ediblər. Onlar başqa şəxslər tərəfindən adlarına mərc saytlarında hesab açıldığını iddia ediblər.
Federasiyanın açıqlamasına inansaq, ''Qalatasaray''dan isə Metehan Baltacı ilə Ərən Elmalı oyunlara pul qoyuluşu edib. Ərən həm də yığma üzvüdü! Onun adı ən son açıqlanan Türkiyə yığmasının heyətinə də salınmışdı. Ancaq bu qalmaqal üzündən federasiyanın intizam təlimatnaməsinin 57-ci maddəsinə əsasən onun adı yığmanın heyətindən çıxarılıb. Eləcə də İzzət Çəlik Türkiyənin U-21, Ege Albayrak isə U-19 yığmasından çıxarılıb.
Qeyd edək ki, ''Kasımpaşa''nın yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən Ərən Elmalının ulduzu ''Trabzonspor''da parlayıb. 25 yaşlı sol müdafiəçi ''Qalatasaray''ın şərəfini bu ilin yanvarından, yəni ötən mövsümün qış dönəmindən etibarən qoruyur. Qalmaqalın ardından Ərən öz səhifəsində paylaşım edib. O, mərc oyunlarında iştirak etdiyini etiraf edib. Amma bunu sonuncu dəfə təxminən 5 il öncə etdiyini vurğulayıb.
Elmalının sözlərinə görə, o, peşəkar futbolçunun pul qoyuluşu etməsinin rəsmi şəkildə qadağan olunduğunu bildikdən sonra bu işdən birdəfəlik çəkilibmiş. Təbii ki, onun sözlərinin doğru olub-olmadığı federasiyanın və prokurorluğun araşdırmasından sonra bilinəcək.
Onu da bildirək ki, Nizam-İntizam Komitəsinə sövq edilən futbolçuların 8-10-12 aylığa futboldan kənarlaşdırılacağı gözlənilir. Hər halda bir müddət öncə eyni maddə ilə günahlandırılan hakimlər məhz bu cür cəza almışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri