Qalatasaray Martinellini istəyir
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Hücumun sol cinahını gücləndirməyə hazırlaşan "Qalatasaray" Qabriel Martinellini hədəfə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliyalı jurnalist Canluka Di Martsio yayıb.
Məlumata görə, "sarı-qırmızılar" "Arsenal"ın braziliyalı ulduzu ilə maraqlanırlar.
İstanbul nəhəngi Leaunun transferində hər hansı problem yaranacağı təqdirdə, Martinellini heyətinə qatmaq üçün böyük məbləğdə vəsait ayırmağı planlaşdırır.
Həm hücumçu, həm də vinger kimi uğurla çıxış edə bilən 25 yaşlı futbolçunun transferi baş tutarsa, o, Trossardan sonra eyni mövsümdə Türkiyəyə keçən ikinci "Arsenal"lı cinah oyunçusu olacaq.
Qeyd edək ki, Martinelli ötən mövsüm 53 oyuna çıxaraq, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Avqust 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















