Icma.az
close
up
RU
Qalatasaray UEFA kubokunun qazanılmasının 25 illik yubileyini qeyd etdi

Qalatasaray UEFA kubokunun qazanılmasının 25 illik yubileyini qeyd etdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

17 may həm ''Qalatasaray'', həm də Türkiyə futbolu üçün mühüm tarixdi.

2000-ci ildə ''Qalatasaray'' məhz mayın 17-də Kopenhagendəki finalda ''Arsenal''ı oyunsonrası penaltilər seriyasında məğlub edərək UEFA kubokunun qalibi olmuşdu.
Hər il bu tarix camiədə qeyd edilir. Bu il isə daha da xüsusi şəkilə qeyd edildi. Çünki həmin uğurdan bu il 25 il ötdü. Bu uğurda pay sahibi olanlardan George Haci, George Popesku, Kərəm İnan, Kapone, Hakan Ünsal və Okan Buruk ''Qalatasaray''ın bazasında bir araya gəldilər. Klub rəhbərliyinin də iştirakı ilə 25 illik yubileyə həsr olunmuş tədbir keçirildi.
Sabiq ulduzlar da burda iştirak edərək xatirələri ilə bölüşdülər. Ən çox diqqət mərkəzində olanlardan biri Haci idi. Çünki rumıniyalı ulduz həmin komandanın döyünən ürəyi hesab olunurdu. Düzdü, finalda Haci qırmızı vərəqə alaraq oyunu yarımçıq tərk etməli olmuşdu. Amma İstanbul nəhənginin finala qədər irəliləməsində onun çox böyük əməyi olmuşdu. Haci bunları dedi:

''Tək mənim üçün yox, ''Qalatasaray'' və Türkiyə futbolu üçün də özəl bir gündü. Türkiyədən bir klubun Avropada titul qazanması çox böyük bir hadisə idi. Bu uğurda tək oyunçuların yox, rəhbərlikdən başlayaraq bazanın ən adi işçisinə qədər hər kəsin əməyi var. Yəni bu kubok hamımızındı. O qədər güclü heyətimiz var idi ki, ''Qalatasaray''dan 13 futbolçu Türkiyə yığmasına yollanmışdı. Belə uğurlar təsadüf nəticəsində qazanılmır. 4-5 il çalışaraq, ciddi əmək sərf edərək bu zəfəri əldə etdik. Qırmızı vərəqədən sonra oyunu necə izlədim? Elə adi azarkeş kimi izləmək məcburiyyətində qaldım. Amma bizi durdura bilməyəcəklərinə əmin idim. O ''Qalatasaray'' çox cəsarətli idi. Möhtəşəm komandamız var idi. Fanatlarımızla birlikdə inanılmaz sevinc yaşadıq. Belə tarixi uğurlar insanı psixoloji cəhətdən daha da güclü edir. Çünki bütün ölkəni sevindirməyi bacarırsan. Həm də müqaviləmdə Avropada titul qazanılması ilə bağlı xüsusi maddə var idi. Həmin maddə sayəsində daha çox pul qazandım. Mən əslində müqaviləyə imza atdığım gün Avropada titul qazanacağımızı demişdim. ''Qalatasaray'' ona qədər avrokuboklarda yarımfinal görmüşdü. Amma finala yüksəlmək zamanı idi. İstək, çalışma əzmi, səni dəstəkləyən rəhbərlik və klub varsa, niyə də olmasın? İndiki ''Qalatasaray'' da çox yaxşı çıxış edir. Bu qədər çempionluq mübarizəsi aparmaq, ardıcıl çempionluqlar qazanmaq heç də asan deyil. Komandada hər şey çox yaxşı və düzgün şəkildə planlaşdırılıb. Okan Buruk əsil qalib mentalitetinə malikdi. O da bizim tarix yazan komandanın önəmli bir parçası idi. Mənim yaxın dostlarımdan biridi. Bu çempionluqlar ''Qalatasaray''ı daha da güclü və nüfuzlu edir. Ümid edirəm ki, bu komandaya da Avropada uğurlu çıxış etmək qismət olacaq''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri