Qalatasaray uğurunu Ərdoğana həsr etdi
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasında son 16 mərhələsinə yüksələn "Qalatasaray" futbol komandasını təbrik edib.
“Unikal” xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Yuventus"u 5:2 hesabı ilə məğlub edən İstanbul təmsilçisi, cavab matçında 3:2 uduzsa da, ümumi nəticəyə əsasən adını 1/8 finala yazdırıb.
Belə ki, matçdan sonra Ərdoğan baş məşqçi Okan Buruklə telefonla danışaraq, “Bu, ölkəmiz üçün çox böyük uğurdur” deyib. Buruk isə qələbəni prezidentin doğum gününə hədiyyə etdiklərini bildirib.
Həmçinin, Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışaraq, “53 nömrə ilə üzərinə düşəni etdin. Afərin” ifadələrini işlədib.
Qeyd edək ki, komandanın növbəti rəqibi İngiltərə klublarından “Liverpul” və ya “Tottenhem” olacaq. Püşkatma fevralın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
Ayxanım Məlikova
Baxış sayı:183
Bu xəbər 26 Fevral 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















