Qalatasaray XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Türkiyə çempionatında yeni mövsüm dünən ''Qalatasaray'' - ''Çorum'' oyunu ilə start götürdü.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi yay transfer dönəmini çox zəif keçirməsinə və hazırlıq oyunlarında inamsız təsir bağışlanmasına baxmayaraq debütantla oyunda aşkar favorit sayılırdı. Ancaq son çempion ümidləri doğrulda bilməyərək mövsümə sürpriz xal itkisi ilə start verdi.
İlk yarısı qolsuz başa çatan oyunda Viktor Osimhen 53-cü dəqiqədə İstanbul nəhəngini önə keçirdi. Amma elitada tarixinin ilk oyununu keçirən ''Çorum'' həvəsdən düşmədi. 3 dəqiqə aralığında Aleksandros Kiziridis ilə Xesus Ramiresin qolları sayəsində qonaqlar önə keçdilər. Yunanıstanlı Kiziridis 70-ci dəqiqədə Yunus Akgünə qarşı kobud oynayaraq birbaşa qırmızı vərəqə aldı. ''İstefa'' sədaları altında ''Cim-Bom''un gücü yalnız hesabı bərabərləşdirməyə yetdi. Osimhen 90-cı dəqiqədə başla fərqlənərək komandasını tarixi fiaskodan xilas etdi.
Meydan sahibləri qapıya 38 zərbə vurmasına rəğmən qələbəyə həsrət qaldılar. ''Sarı-qırmızılar'' debütantlara qarşı son 27-ci oyunda cəmi 4-cü dəfə xal itirdilər (3 heç-heçə, 1 məğlubiyyət). ''Qalatasaray'' XXI əsrdə ilk dəfə mövsümə ev oyununda xal itirməklə başladı.
Sonuncu dəfə belə başlanğıc 1999/00-də yaşanmışdı. Həmin vaxt Fatih Terimin çalışdırdığı komanda ilk turda evdə ''Qaziantepspor''a 1:2 uduzsa da, sonda ardıcıl 4-cü çempionluğunu qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 Avqust 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















