“Qalatasaray”ın yeni transferi İlkay Gündoğan bu gün İstanbulda olacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 2 sentyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” klubunun “Mançester Siti”dən transfer etdiyi İlkay Gündoğan İngiltərədən ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, türkəsilli almaniyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün bu gün İstanbulda olacaq.
34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, İlkay Gündoğan Almaniyanın “Borussiya” (Dortmund) və İspaniyanın “Barselona” komandalarında da çıxış edib.

İlkay Gündoğan Qalatasaray rəsmiləri ilə İstanbulda görüşdü
29 May 2025 09:34
“Qalatasaray”ın istədiyi İlkay Gündoğan qərarını verdi
24 Aprel 2025 19:08
İlkay Gündoğan Qalatasaray da
01 Sentyabr 2025 20:34
Qalatasaray İlkay Gündoğan ilə anlaşıb?
22 İyun 2025 01:54
Siti “Qalatasaray”ın istədiyi İlkay Gündoğan barədə qərarını verdi
21 İyun 2025 22:32

