Icma.az
close
up
RU
Qalib Ali Baş Komandan, xalqın inandığı lider

Qalib Ali Baş Komandan, xalqın inandığı lider

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizi dünyada sayılıb-seçilən ölkəyə və söz sahibinə çevirənm Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Məlum olduğu kimi, bu gün Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Qalib lider bu gün 63 yaşını tamamlayır. Xatırladaq ki, İ.Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İ.Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini əldə edən İ.Əliyev növbəti dəfə Azərbaycan Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ölkə başçısı 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilən Əliyev Azərbaycanı uğurlu inkişafa aparmaqda davam edir.

İ.Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkə qarşısında duran bir çox məsələlərin həllinə nail oldu. Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini ortaya qoydu, dövlətimizin dünya birliyində layiqli yer tutmasına nail oldu. Eyni zamanda, Ermənistanın Azərbaycanın topraqlarının işğalından irəli gələn problemlərin həlli ilə bağlı çox ciddi surətdə məşğul olmağa başladı, ordumuz gücləndirildi, müasir silahlarla təchiz edildi və Azərbaycanın hərbi qüdrəti artıq keçmiş olan Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynadı. Ötən ilin sentyabr ayında isə bir sutkalıq antiterror əməliyyatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Şübhəsiz ki, bu qələbənin baş memarı Ali Baş Komandan İlham Əliyevdir.

Uğurlu xarici siyasətin nəticəsində bu gün Azərbaycan dünyada sayılıb-seçilən ölkələrdən, regionun isə lider dövlətidir. Azərbaycanın milli maraqlarını öz siyasətində hər zaman qoruyan İ.Əliyev çıxışlarında hər zaman amalının Azərbaycanın inkişafı, tərəqqisi, müstəqilliyinin qorunub saxlanması, xalqın rifahının yüksəlməsi olduğunu bəyan edir və bu siyasəti yorulmadan həyata keçirməkdədir. Bu gün Əliyev uzaqgörən siyasəti sayəsində beynəlxalq birlikdə eşidilən və fəaliyyəti izlənilən siyasi liderdir. Ölkə başçısının uğurlarından biri də Azərbaycanda milli birliyin möhkəmləndirilməsi, xalq-iqtidar birliyinə nail olunmasıdır. Çünki Əliyev məhz sevdiyi və sevildiyi xalqın içərisindən çıxmış siyasətçidir. Prezident cəmiyyətin problemlərini bilir, bunun həlli istiqamətində yorulmadan çalışır.

İndi azad Qarabağda bərpa-quruculuq həyata keçirilir. Keçmiş məcburi köçkünlər 30 ildən sonra öz dədə-baba yurduna qovuşurlar. Erməni vandallarının işğal müddətində xaraba qoyduğu şəhərlərimiz qısa müddətdə bərpa olunmaqdadır. Bütün bunlar hamısı İ.Əliyevin yorulmaz fəaliyyətinin, planlı siyasətinin nəticəsidir.

Prezident-xalq həmrəyliyi sayəsində Azərbaycanın bundan sonra da inkişaf yolunda sürətlə addımlayacağı şübhə doğurmur. Çünki xalq öz qalib liderinə inanır və onun arxasındadır. Xalqın dəstəyini hər fürsətdə hiss edən və görən İ.Əliyev ölkəmizi inamla parlaq gələcəyə aparmaq üçün var gücü ilə çalışır. Qalib lider qalib xalqının, qalib xalq da qalib liderinin yanındadır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Dekabr 2024 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri