Icma.az
close
up
RU
ALİ BAŞ KOMANDAN GÜCLÜ OLANDA…

ALİ BAŞ KOMANDAN GÜCLÜ OLANDA…

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada çox müharibələr olub və o müharibələrdə udan da, uduzan da dövlətlər yaxşı məlumdur. Amma məlum olmayan odur ki, böyük müharibələrin qələbə sirlərini çox dövlətlər gizlədib. Və bu gün də  gizlətməyə çalışırlar. Çünki onlar düşünürlər ki, o qələbənin taktiki və sirli məqamlarını  hansısa ölkə öyrənə və bundan  istifadə edə bilər. İkinci Dünya  müharibəsində bilirsiniz SSRi niyə faşist Almaniyasına və onun müttəfiqlərinə qalib gəldi? SSRİ ona görə qalib gəldi ki, bu ölkədəki bütün xalqlar rəhbərləri Stalinə inanırdılar, çünki onlar döyüşə atılanda «Vətən uğrunda!», «Stalin uğrunda!» deyirdilər. Bəlkə də Stalin kimi böyük  sərkərdə və rəhbər olmasaydı SSRİ 1941-45-ci il İkinci Dünya Müharibəsində qələbə qazana bilməz, Reyxstaqa bayraq sancmağı bacarmazdılar. 

Sözümüzün canı ondan ibarətdir ki, Azərbaycan da İkinci Qarabağ savaşında, daha doğrusu, 44 günlük böyük  müharibədə öz Ali Baş Komandanı, prezident İlham Əliyevə güvənmişdi. Çünki Azərbaycan xalqı yaxşı bilirdi ki, onun müdrik prezidenti İlham Əliyev Heydər Əliyev siyasi xəttini davam etdirərək bu müharibədən qalib çıxa bilər. Məhz  buna görə də İlham Əliyevin böyük  siyasi təfəkkürü və idarəetmə  qabiliyyəti, eləcə də onun ümumxalq sevgisi bu döyüşlərdə böyük qələbəmizə təkan verdi. 

Əlbəttə, Ali Baş Komandan güclü olsa, onun çıxartdığı qərarlar müdrik olsa  həmin xalq da istər-istəməz həm müharibədən, həm də siyasi və iqtisadi böhrandan uğurla çıxar. Prezident İlham Əliyev bir daha tarixdə sübut etdi ki, xalqa söykənməkdən və xalqa güvənməkdən böyük güc yoxdur. Çünki xalqa  söykənmək, xalqa güvənmək dağa arxalanmaq deməkdir. Gözümüzün qabağında üç ildir ki, Rusiya ilə Ukrayna arasında böyük  müharibə gedir. ABŞ başda olmaqla bütün Avropa ölkələri Ukraynaya həm hərbi, həm maddi, həm də mənəvi cəhətdən dəstək verirlər. Amma yenə Ukrayna müharibədə dönüş yarada bilmədi və ərazilərini itirməkdə davam edir. Çünki  Ukrayna prezidenti  bizim prezident kimi siyasi cəhətdən güclü və müdrik deyil, ona görə də cəbhədə çox böyük məğlubiyyətə düçar olub.

arix bir daha sübut edir ki, 44 günlük İkinci Qarabağ savaşı İlham Əliyevin dünya tarixində qızıl hərflə yazılmış şah əsəridir. Bu şah əsərin müəllifi Ali Baş Komandan, Azərbaycan ordusu və xalqımızdır. 

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşı nəinki ermənilərin, hətta onların  havadarlarının kürkünə birə salmışdı. Ən azından ona görə ki, ermənilər və onların havadarları gözləmirdilər ki, 44 gündə Azərbaycan Ordusu ildırım sürətilə hərəkət edərək işğal altında olan Qarabağı azad edəcək. Bu onların və havadarlarının heç ağlına belə gəlməzdi. Çünki təpədən dırnağa qədər silahlanmış və 30 ildə işğal etdiyi ərazilərimizdə  yüksək müdafiə xətti qurmuş ermənilər düşünürdülər ki, bu müdafiəni yarmaq üçün ən azından Azərbaycana  5-6 ay vaxt lazımdır. Amma onlar bilmirdilər ki, onların düşündüyü bu zaman çox uzaq məsafədir və qüdrətli ordumuz «Ohanyan səddi»ni bir neçə gün  içində darmadağın edərək işğal altında olan qəsəbələrimizi, kəndlərimizi azad edəcək. 

Artıq sentyabrın  27-30-u arasında ilk  böyük qələbənin sevincini  Ali Baş Komandan və ordumuz xalqımıza yaşatdı. Yəni üç gün ərzində Cəbrayıl və Füzulinin nə az-nə çox ona yaxın yaşayış  məntəqəsi  erməni işğalçılarından təmizləndi. Düzdür, bu döyüşlərdə bizim itkilərimiz də oldu. Amma biz şəhid verdik, işğal altında olan torpaqlarımızı azad etməyi  bacardıq. Azərbaycan Ordusu ona görə qüdrətli  və güclü ordudur ki, onun generalından tutmuş  sıravi əsgərinə qədər heç bir döyüşçü şəhid olmaqdan, yaralanmaqdan qorxmurdu. Əksinə, hər bir zabitimiz və əsgərimiz  ona can atırdı ki, sürətlə irəliləsin, yaşayış məntəqələrimizi azad etsin və müqəddəs torpaqlarımıza qələbə bayrağımızı sancsın. Bu qələbə bayrağını Allah-Təala və döyüşçülərimiz xalqımıza  yaşatdılar.

Artıq oktyabrın  əvvəllərində Azərbaycan ilk böyük qələbəsini  qazanmağa nail oldu. Belə ki Cəbrayıl şəhəri təpədən-dırnağadək silahlanmış erməni hərbi qüvvələrindən təmizlənərək azad edildi və Cəbrayıl şəhərinə  bayrağımız sancıldı. Ordumuzun hərbi rəhbərləri bu qələbə xəbərini ilk dəfə Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevə çatdırdı. Cənab prezident İlham Əliyev isə qələbə sevincini televiziyadakı çıxışında xalqımıza ərməğan etdi. Və bu qələbədən sonra Azərbaycan Ordusu daha da həvəsləndi və hərbi əməliyyatları bir qədər  sürətləndirdi. Bir neçə gündən sonra Hadrut şəhəri azad olundu. Ondan bir müddət keçməmiş Füzuli şəhəri erməni işğalçılarından azad edilərək ordumuzun nəzarətinə keçdi.

Təbii ki, bu möhtəşəm qələbənin əldə edilməsi və qazanılması hər bir Azərbaycan  əsgərində, hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradırdı. Belə ki, orduya kömək məqsədilə  on minlərlə gənc Səfərbərlik və hərbi çağırış  xidməti idarəsinə yaxınlaşaraq könüllü surətdə  cəbhəyə getmək istədiyini  bildirirdilər. Səfərbərlik  idarəsinin qarşısında böyük növbələr yaranmışdı. Bu növbələr Vətənə, prezidentə, xalqa olan möhtəşəm məhəbbət idi. O məhəbbət ki onun qarşısını nə düşmənin müasir silahları, nə də onların havadarları almağı bacarardı. 

Aydındır ki, qüdrətli Azərbaycan ordusunun uğurlu əməliyyatları davam edirdi. Sonradan Qubadlı, Zəngilan, Şuşa erməni işğalından  azad olundu. Şuşa azad olunan kimi ermənilərin beli qırıldı və onlar məcbur olub üçtərəfli Bəyannaməyə 2020-ci il noyabrın 10-da imza atdılar. İmza atdılar ki, onlar təslim olur və bir müddətdən sonra Ağdamı, Kəlbəcəri və Laçını boşaldırlar. Və həmin rayonlar da göstərilən vaxtda işğaldan azad olundu, bu yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalandı. 44 günlük Böyük Qarabağ savaşı Azərbaycanın böyük qələbəsi ilə başa çatdı. 

2023-cü il  sentyabrın 19-20-də antitteror əməliyyatı zamanı Azərbaycan ordusu Xankəndini, Xocavəndi, Əsgəranı, Xocalını və digər erməni işğalı altında olan Qarabağ torpaqlarını azad elədi. Bununla da  cəmi Qarabağ erməni işğalından xilas oldu və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi.
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri