Icma.az
close
up
RU
Mütləq qalib dövlət, mütləq qalib Ali Baş Komandan!

Mütləq qalib dövlət, mütləq qalib Ali Baş Komandan!

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Vətən müharibəsi milli iradənin gücü, dövlət qətiyyətinin sarsılmazlığı və tarixi ədalətin bərpası idi

Tarix xalqların taleyini müəyyən edən əsas göstəricilərdən biridir. O, keçmişi özündə əks etdirməklə yanaşı, həm də gələcək üçün strateji yol xəritəsini müəyyənləşdirir. Azərbaycan xalqının təxminən son 200 illik tarixinə nəzər saldıqda, bu yolun əsasən məşəqqətlərlə, işğallarla, haqsızlıqlarla müşayiət olunduğunu görürük. Torpaqlarımızın mərhələli şəkildə əlimizdən alınması, son 100 ildə milyonlarla azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması, beynəlxalq hüququn kobud şəkildə tapdalanması uzun illər xalqımızın üzləşdiyi əsas faciələr olub.

Lakin bu acı tarix 2020-ci ildən etibarən köklü şəkildə dəyişdi. Son 6 il Azərbaycan tarixində zəfər dövrü kimi yadda qaldı. Azərbaycan dövləti öz gücünə, öz xalqına və öz liderinə arxalanaraq 30 illik işğala son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi yalnız hərbi əməliyyatlar toplusu deyildi - bu, milli iradənin, dövlət qətiyyətinin və tarixi ədalətin bərpası idi.

Azərbaycan bu qələbəsi ilə bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq kağız üzərində deyil, real güc və siyasi iradə ilə təmin olunduqda işlək mexanizmə çevrilir. Bir xalqın 30 il ərzində səbrlə apardığı mübarizə, düzgün zamanlama və dəqiq strategiya nəticədə mütləq qələbə ilə başa çatdı.

Şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq

İşğal altında olan torpaqlarımızın azad edilməsi asan əldə olunmadı. Bu qələbənin təməlində şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Döyüş meydanında hər qarış torpaq uğrunda canından keçən Vətən övladları Azərbaycan tarixində əbədi iz buraxdılar. Onların göstərdiyi şücaət təkcə hərbi bacarıq deyil, yüksək vətənpərvərlik nümunəsi idi. Bu gün azad edilmiş ərazilərdə həyat yenidən canlanırsa, şəhər və kəndlər bərpa olunursa, üçrəngli bayrağımız doğma torpaqlarda qürurla dalğalanırsa, bu, şəhidlərin fədakarlığının nəticəsidir. Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur, onların ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Bu siyasət dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin bariz göstəricisidir. Şəhidlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların canı bahasına qazanılan bu zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və gələcək nəsillər üçün əsl vətənpərvərlik dərsidir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bildirib ki, şəhidlərimizin Onların qanı, canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün bu torpaqlardayıq: “Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq”.

Biz böyük xalq olaraq buna nail olduq...

Vurğulandığı kimi, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Buna baxmayaraq, dünya birliyi uzun illər bu fakt qarşısında susqunluq nümayiş etdirdi. Bəzi hallarda isə işğalçıya dolayısı və ya açıq dəstək göstərildi. Bu ikili standartlar Azərbaycan xalqını məyus etsə də, onu yolundan döndərə bilmədi. Rəsmi Bakı bütün bu illər ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdi. Danışıqlar aparıldı, beynəlxalq tribunalarda haqq səsimiz çatdırıldı. Lakin qarşı tərəfin destruktiv mövqeyi və təxribatları sülh imkanlarını tam tükəndirdi. Nəticədə Azərbaycan öz haqqını döyüş meydanında bərpa etmək məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan qələbə bütün Azərbaycan xalqının qələbəsi idi. Bu, Ali Baş Komandanın qətiyyətli və düşünülmüş siyasətinin, xalqın birliyinin məntiqi nəticəsi oldu. Azərbaycan son 80 ildə müharibəni mütləq qələbə ilə başa vuran nadir dövlətlərdən biri kimi tarixə düşdü. Dövlət başçısı sakinlərlə görüşdə bildirib ki, torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq: “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.

Biz Zəfər yürüşümüzü iki mərhələyə bölərək cavanlarımızı qoruduq

Azərbaycanın döyüş meydanında qazandığı uğurlar diplomatik masada da möhkəmləndirildi. 10 noyabr tarixində imzalanan kapitulyasiya aktı Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. Bu sənədin nəticəsi olaraq üç rayonun bir güllə atılmadan azad edilməsi mümkün oldu. Bu, hərbi güclə yanaşı, siyasi uzaqgörənliyin və rasional qərarların nəticəsi idi. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad olundu. Bu proses, Azərbaycanın hərbi gücü, strateji planlaşdırması və diplomatiya sayəsində işğal altında olan ərazilərin işğalçılardan təmizlənməsini təcəssüm etdirirdi. Prezident İlham Əliyevin apardığı siyasət göstərdi ki, müharibə yalnız silahla deyil, ağılla və diplomatiya ilə qazanılır. Azərbaycan itkisiz şəkildə ərazilərini geri qaytardı, regional reallıqları dəyişdi və beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Ölkə Prezidenti sakinlərlə görüşdə deyib ki, biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq: “O cümlədən bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür”.

Milli birlik, siyasi iradə və düzgün strategiya...

Azərbaycanın qazandığı tarixi qələbə ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu zəfər güclü dövlətçilik, müasir ordu və mütləq qalib Ali Baş Komandan vəhdətinin real təcəssümüdür. Azərbaycan artıq yalnız öz torpaqlarını azad etmiş dövlət deyil, regionda yeni siyasi reallıqlar yaradan güc mərkəzidir.

Bu qələbə sübut etdi ki, milli birlik, siyasi iradə və düzgün strategiya olduqda heç bir işğal əbədi ola bilməz. Azərbaycanın zəfər yolu davam edir və bu yol tariximizdə əbədi qalacaq.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri