Icma.az
close
up
RU
Qalib gəlmədiyimiz son MÜBARİZƏ

Qalib gəlmədiyimiz son MÜBARİZƏ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ülvi Əhməd
14 sentyabr 2023-cü il... O gün həyatımın ən ağır günü oldu. Əsgərliyimin cəmi üçüncü ayı idi. İçimdə həm qürur, həm də darıxmaq vardı. Amma heç vaxt düşünməzdim ki, bu darıxmaq bir gün daimi həsrətə çevriləcək. Gözlənilməz bir xəbər və dünyam alt-üst oldu.
Atam artıq bu dünyada yox idi. Ən çətin anımda yanında ola bilməmək, son dəfə onun əlindən tuta bilməmək içimdə sağalmayan bir yara kimi qalıb.
Vəfatından üç gün əvvəl görüşə gəlmişdi. Sanki ürəyinə dammışdı gülümsəyirdi, mənə baxırdı, amma o baxışda bir ayrılıq sükutu vardı. O an anlamadım. İndi hər baxışı, hər kəlməsi qulağımda, gözlərimdə, qəlbimdə yaşayır.
Və ölümündən cəmi bir gün əvvəl telefonla danışmışdıq. Səsi bir qədər yorğun idi, amma yenə də məni güclü göstərmək üçün gizlətməyə çalışırdı. O söhbət bizim son danışığımız oldu. Kaş biləydim, daha çox söz deyərdim. Kaş bir az da qalardı...
Ömrünü vətənə, elmə, təhsilə və insanlara həsr etmiş bir insan idi. Universitetdə müəllim işləməyi yalnız bir peşə deyildi onun üçün, bir missiya idi. Tələbələri onu yalnız müəllim kimi yox, həm də yol göstərən, həyat dərsi verən bir insan kimi sevirdi. İş yoldaşları, dostları, yaxınları və hətta onu yaxından tanımayan insanlar belə onun sadəliyinə, zəngin dünyagörüşünə və böyük ürəyinə heyran idilər.
Mən onun oğlu olaraq, hər zaman fəxr etmişəm. Onun varlığı ailəmiz üçün bir güvən idi. Onun danışığı, davranışı, insanlara olan münasibəti bizi daim xoşbəxt edirdi. Heç vaxt yüksəkdən danışmazdı, amma söylədiyi hər söz dərin mənalar daşıyardı. Sakit təbiətli idi, amma ən çətin anlarda belə hamıya yol göstərərdi.
Bu iki il ərzində onun yoxluğuna alışmaq mümkün olmadı. Hər gün, hər an onun bir sözü, bir baxışı, bir gülüşü yadıma düşür. Xüsusilə də hərbi xidmətdə olduğum dövrdə hiss etdim ki, atamın verdiyi tərbiyə, onun mənə aşıladığı dəyərlər məni dik saxlayır.
Birlikdə keçirdiyimiz çox maraqlı günlər var idi. Ancaq ən gözəl günlər bir yerdə matç izləməyimiz idi. Mən futbolla nəfəs alırdım, o isə mənim nəfəsimə qulaq asmaq üçün futbola yaxınlaşdı. Əvvəllər mənə görə baxırdı. Sonradan isə artıq atamı əsl azarkeş etmişdim. Əsas da "Qarabağ"ın oyunları… Tək futbol yox, torpağın, haqlı olduğumuzun, var olmağımızın simvolu idi bu komanda bizim üçün.
Deyirdi: “Mən kimə azarkeşlik edirəmsə, uduzur”. Amma mən o fikri səndən sildim. Biz birlikdə neçə-neçə qələbəyə imza atdıq, ata!
Ev oyunlarını stadiondan izləyərdim, dostlarla birgə. Atam səhhətinə görə, izdihamı sevmədiyi üçün az-az stadiona gələrdi. Amma səfər oyunları bizə məxsus idi. Atamla evdə birlikdə, yan-yana, nəfəs-nəfəsə baxardıq o oyunlara. Uduzanda gecə məyus gəlirdim evə, o isə qapını açıb zarafatla “Niyə uduzduz?” deyirdi. Mən də “Səninlə yaxşı analiz etməmişdik axı!” deyib gülərdik. Qalib gələndə isə sevinə-sevinə “Ata, gördün necə qollar vurduq?” deyirdim. O isə sakit, təmkinli şəkildə başını tərpədər, ürəyində sevinərdi.
Bir dəfə hakim o qədər haqsızlıq etdi ki, mən artıq belə şeylərə alışmış biri olaraq əsəbi halda susqun oturmuşdum. Amma atam... Atam o gün ilk dəfə idi ki, futbola baxıb əsəbləşmişdi. O sakit adam, təmkinli müəllim o qədər coşmuşdu ki... Onda anladım, bu artıq futbol deyildi, bu artıq ürəyimizdə yığılıb qalan illərin ağrısı idi. Və sonra... biz qollar vurduq. O haqsızlığa rəğmən qalib gəldik. Elə o anda atamın gözlərində gördüm ki, bu təkcə bir oyun deyildi, bu sanki illərlə üzərimizdə olan ədalətsizliyə qarşı qələbəmiz idi. Elə bir baxışı vardı ki, sanki bütün düşmənlərimizə qalib gəlmişdik o an. Sakit baxırdı, amma içində bir bayram vardı. Bu, futboldan da böyük bir şey idi...
Və indi... yay gəlir, oyunlar başlayır. Stadion yenə dolacaq, televiziya qarşısında yenə azarkeşlər oturacaq. Amma sən yoxsan, ata. Sənsiz həmin zövq, həmin həyəcan yoxdur. Futbol yenə oynanır, amma sənə nəsə danışmaq istəyən bir oğul artıq susur...
Ruhun şad olsun, ata. Sənin adını yaşatmaq, sənin kimi dürüst, mərd və alicənab bir insan olmaq üçün çalışacağam. Tələbələrin səni unutmur, dostların səni yad edir, biz isə səni hər an ürəyimizdə daşıyırıq.
Sən bizim üçün sadəcə bir ata yox, bir məktəb idin. İki ildir ki, sənin dərslərin daha da dərinləşib içimizdə. Hər kəlmən, hər baxışın bizim yolumuza işıq salır.
Səni çox sevirik, çox darıxırıq. İtkin heç vaxt tamamlanmayacaq, amma xatirən əbədi yaşayacaq.
12.06.1969

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri